Modern.az

Bu marşrutların yolu dəyişəcək

Bu marşrutların yolu dəyişəcək

Aktual

18 İyul 2019, 15:05

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a bildirib ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək:

“18-28 iyul traixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik olunacaq”.

BNA rəsmisi eyni zamanda qeyd edib ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində də dəyişiklik ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır