Arxiv
21 İyul 2019, 15:24 | AKTUAL
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı

"Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir. Bu, bir mənalı şəkildə təxribatdır və bu hadisələrdə maraqlı dairələrin əli var".

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçi-Dağı Məbəd-Kompleksində baş verən isnidentlə bağlı yaydığı bəyanatda bildirilib.

 

"Gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökümət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir".

 

Sənəddə qeyd olunub ki, Azərbaycan və Gürcüstanın dövlət və xalqları arasında qarşılıqlı ehtiram və etimad mühiti görünür bədxahlarımızın işinə yaramır: "Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın arxasında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub".

 

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyatı qurumlar tərəfindən tezliklə həllini tapacaq: "Bu istiqamətdə işlər gedir və davam etdirlərək öz hüquqi həllini tapacaqdır. Biz xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik".

 

Bəyanatda vurğulanıb ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrahdoğrucu haldır: "Biz Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin, dini liderlərimizin mövqeyindən çıxış edərək, bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarmızın, marağı olan qüvvələrin məkirli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03