Modern.az

Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO

Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO

22 İyul 2019, 13:42

İki gündür sosial şəbəkələrdə iki azyaşlı qızın ürəkdağlayan videomüraciəti yayılıb. Belə ki, azyaşlılar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayaraq uzun müddətdir “T hüceyrəli Kəskin Leykoz” xəstəliyindən əziyyət çəkən analarından bəhs ediblər. Onlar analarının yaşaması üçün təcili sümük iliyi əməliyyatı tələb olunduğunu, lakin maddi imkanlarının  çatmadığını bildiriblər. Uzun müddətdir uşaqlarından ayrı qalan ana isə hazırda İstanbulda “Acı Badem Altunzade” xəstəxanasında ölümlə mübarizə aparır.

 

Məlumata görə, “T hüceyrəli Kəskin Leykoz” xəstəliyində əziyyət çəkən Məmmədova Samirə Nürəddin qızı Kəlbəcər rayonundan məcburi köçkündür və müəllimə işləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi