Modern.az

Lənkəranda ölənlərin kimliyi məlum oldu

Lənkəranda ölənlərin kimliyi məlum oldu

Aktual

23 İyul 2019, 20:44

Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Modern.az-ın  "Report"a  istinadən  məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından kənara çıxıb.

Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.ölən şəxs 1948-ci il təvəllüdlü Azadə Məmmədova, yaralananlar - 1990-cı il təvəllüdlü Nigar Əzizova, 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və sürücü Vüsal Əzizovdur.


Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir