Arxiv
24 İyul 2019, 10:51 | AKTUAL
UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI

Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib.

 

Modern.az xəbər verir ki, 20 il əvvəl isə o, UNESKO-nun eksperti kimi Bakının tarixi hissəsinin – İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESKO-nun Dünya irs siyahısına salınması prosesində iştirak etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı İCOMOS-un hesabatını hazırlamışdı.

 

Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Dünya İrs Komitəsinin sessiyasında iştirakı ilə bağlı təəssüratını “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə qələmə alıb.

 

“Bakıya təkrar səfər” adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq deyir ki, o vaxt şəhərin tarixi hissəsini “xilas etmək” üçün gəlmişdi.

 

“20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum...”, - deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığından bəhs edir.

 

“Bu dəfə mən 2 mindən çox insanın iştirak etdiyi UNESKO Dünya İrs Komitəsinin illik toplantısına gəldim. Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum”.

 

O daha sonra yazır: “Mən ilk dəfə Bakıya İçərişəhərin UNESKO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan İCOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi”.

 

Rey Bondin məqalədə qeyd edir ki, İçərişəhərin namizədliyi ilə bağlı müsbət hesabatım sayəsində İçərişəhər UNESKO-nun Dünya irs siyahısına daxil edildi: “O vaxtdan bəri və belə bir qısa müddət ərzində Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib. Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var”.

 

Müəllif 20 il əvvəlki hava limanını xatırlayaraq indi burada müasir dizaynlı böyük beynəlxalq aeroport terminalının inşa edildiyini, şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu diqqətə çatdırır.

 

O daha sonra yazır: “Azərbaycanlılar öz miraslarına inanılmaz dərəcədə qayğı göstərirlər, Bakının İçərişəhərində, digər UNESKO abidələri kimi, hədiyyə və suvenir mağazaları çox olsa da, hər şey zövqlə görülüb. Azərbaycan müsəlman ölkəsidir, çox sakitdir, dini zəmində gərginlik yoxdur. Xristian kilsələri var.

 

Mülayim iqlimi və təhlükəsizliyi səbəbindən Bakı şəhəri xüsusən Yaxın Şərqdən gələn həm müsəlmanlar, həm də yəhudilər üçün yeni bir turistik məkana çevrilib. Restoranlar çoxdur, qiymətləri də münasibdir...”.

 

Rey Bondin qeyd edir ki, azərbaycanlılar beynəlxalq konfranslar, Eurovision, BMT toplantıları və Formula 1 kimi böyük tədbirlərə ev sahibliyi etməkdən qürur duyurlar. Bakının müasir memarlığı bəziləri tanınmış xarici memarlar tərəfindən layihələndirilmiş müxtəlif binalardan ibarətdir. Bakı Azərbaycanın yeganə iri şəhəridir, lakin görməli yerlər çoxdur, ölkənin möhtəşəm mənzərələri və çox sayda irs abidələri var. Vətəndaşlar ölkələrinin dəyişməsindən məmnundurlar və aydındır ki, son dəfə ziyarət etdiyim vaxtdan bəri yaşayış səviyyəsi çox yüksəlib.

 

Sonda müəllif bir daha 20 il öncəyə qayıdaraq, o vaxt Bakıda olduğu ofisin döşəməsindəki qızdırıcı plitəni xatırlayır: “O vaxtdan bəri hər şey dəyişib. Bu gün buradakı ofisdən müasir ofis ola bilməz”.

 

Rey Bondinin “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə Bakının tarixi və müasir simvolları olan Qız qalasının, Heydər Əliyev Mərkəzinin, eləcə də İçərişəhərin tarixi binalarının fotoları da verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO 19 Yanvar 2020, 01:26 Ülvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR 19 Yanvar 2020, 00:57 Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib 19 Yanvar 2020, 00:38 Mahir Abbaszadə Sumqayıtda məskunlaşan seçiciləri ilə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 00:23 Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO 18 Yanvar 2020, 23:56 Rövşən Sadıxov “start” işarəsi verdi - FOTOLAR 18 Yanvar 2020, 23:42 Hicran Hüseynova Sumqayıt seçiciləri ilə görüşdü 18 Yanvar 2020, 23:19 Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55
SORĞU Yeni parlamentdə kimlər olsun?