Arxiv
29 İyul 2019, 08:36 | QARABAĞ
Milli Qəhrəmanın “Sonuncu zəng”i - XANIMI: “Axırıncı dəfə ona yalvardım…”

Modern.az saytında “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikamızın növbəti təqdimatı Birinci Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəman Tahir Bağırova həsr olunur.


Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə daha çox məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də biz bu gün Tahir Bağırovun son günü, ailəsi ilə son xatirələrindən danışacağıq.


Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Sonra Azərbaycana köçüblər. 1972-cü ildə Şirvan şəhərində 8-ci sinifi bitirib, sonra təhsilini peşə məktəbində davam etdirən T.Bağırov sürücülük ixtisasına yiyələnib. 1977-ci ilin may ayından 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Hərbi xidməti başa vurduqdan sonra bir müddət Qazaxıstanda yaşayıb. 1987-ci ildə Bakıya köçüb. O, bir müddət Xətai rayon istilik-enerji müəssisəsində sürücü işləyib. Tahir Bağırov 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub.  1990-cı ildə 20 Yanvar faciəsi törədilən vaxt, yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında iştirak edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlayanda T.Bağırov da Azərbaycanın qeyrətli oğulları kimi könüllü olaraq ön cəbhəyə yollanıb.
2 ay təlim keçdikdən sonra 843 saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin olunub. T.Bağırov Xocalı faciəsi zamanı dinc əhalinin və yaralıların daşınmasında da da iştirak edib. Onun sərrast atıcılıq qabiliyyəti Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşlarına imkan yaradıb. 

Baş çavuş Tahir Bağırov 1992-ci ilin oktyabrında Qarabağdakı döyüşlərin birində qəhrəmancasına həlak olub.

Ölkə Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


Modern.az
-ın Tahir  Bağırovla bağlı suallarını şəhidin həyat yoldaşı Leyla Bağırova cavablandırıb.


İllər Leyla xanımdan gəncliyini, gözəlliyini alsa da, Tahir bəyə olan sevgisini zərrə qədər də azaltmayıb. Tahirin adı gələn kimi Leyla xanımın gözlərindəki kədərdən qəlbindəki yanğını hiss etmək olur.


“Tahir 1957-ci ildə 14 iyul tarixində Türkmənistanın Krasnovodsk şəhərində dünyaya gəlib. Onların əsli Cəlilabaddandır. Tahirin atası o vaxtlar Türkmənistana işləməyə gedib, elə bir müddət də orda yaşayıblar. Sonra Azərbaycana qayıdıblar”.


1989-cu il… Leyla xanım o vaxtkı Sənaye və Tikinti Nazirliyində (indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində) işləyirdi.
Bir dəfə şirkət rəhbərlərindən birinin yolu bu Nazirlikdən keçir. Həmin şəxs öz sürücüsü ilə birlikdə binaya daxil olur və liftə yaxınlaşırlar. Bu vaxt Leyla xanım da lifti gözləyirdi, 9-cu mərtəbədəki İqtisadiyyat şöbəsindəki iş yerinə qalxacaqdı.  Sürücü Nazirliyin 6-cı mərtəbəsinə - burada işləyən qohumunun yanına qalxır. Bir neçə dəqiqə sonra Leyla xanımı “mühüm bir sənədi imzalaması” üçün 6-cı mərtəbəyə çağırırlar. Ondan əvvəl bütün subay qızlar da 6-cı mərtəbəyə çağırılıbmış. Sürücü də məhz həmin qızları çağıran xanımın yanında oturubmuş. Bu hadisənin üstündən bir neçə gün keçir və həmin xanım Leylanı yanına çağırır. Aralarında belə bir dialoq yaranır.

- Leyla, necəsən?

- Yaxşıyam, sən necəsən Zema?

- Yaxşıyam. Leyla bir söz soruşum səndən, sürücü oğlana ərə gedərsən?

- Yox, ay Zema, mən oxumuş qızam, bir dəfə də oxumamış oğlandan elçi düşmüşdü mənə, amma qardaşım razı olmadı.


Amma alın yazısı deyilən bir şey var, Tahir Leylanın alın yazısı idi.


Leylanın həmin vaxt 32 yaşı var idi. 2 universitet bitirmişdi və başı oxumağa, sonra işə elə qarışmışdı ki, evlilik heç yadına da düşməmişdi.


Tahirin Leyladan əl çəkmək kimi bir niyyəti yox idi. Bir müddət get-gəl etdi Leylanın arxasınca. Nəhayət tanışlığa razılıq ala bildi. Həmin dövrdə Leyla xanıma Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən 1 otaqlı ev verilmişdi. Elə o il Tahirlə Leyla dünya evinə qədəm qoydular və Qaraçuxurdakı 1 otaqlı evdə yaşamağa başladılar. Leylanın ilk uşağı bətnində ölmüşdü. Amma 1991-ci ildə ailənin Arif adlı övladı dünyaya gəldi. Tahir o vaxt çox məşhur olan gülüş ustası Arif Quliyevlə toyların birində rastlaşır, söhbətləşir və deyir ki, bu yaxınlarda mənim oğlum olacaq, sizin şərəfinizə oğlumun adını Arif qoyacam.



Leyla xanım müharibənin çətinliyindən danışır:


“Qonşular könüllü olaraq müharibəyə yazılırdı. Tahir də gedib yazıldı. 3 ay Zabratda təlim keçdi. 1991-ci ilin 24 dekabrında Arif dünyaya gəldi, az sonra – 1992-ci il yanvarın 1-də Tahir müharibəyə yollandı. 1992-ci ilin 1 mart tarixində 843 saylı hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Hərbi Hava Qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmişdi”.


Tahir Bağırov sonuncu dəfə 1992-ci ilin 11 oktyabrında uçuş edib. Əslində o gün uçuşda Tahirin yerinə başqa biri olmalıydı, ancaq həmin adam xəstələndiyindən  yerinə Tahir gedib. Bəlkə də qismət bu idi, əcəl Tahiri almağa hazır dayanıbmış.


1992-ci il... Oktyabrın 11-i... Laçının Səfiyan kənd istiqamətində vuruşurdu mərd oğullarımız… Növbəti döyüş tapşırığı... Düşmən tərəfindən mühasirəyə alınan əsgərlərimizə Tahir və yoldaşları hava üzərindən köməyə gedib. Ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib, geri dönərkən, onun vertolyotu erməni yaraqlılan tərəfindən vurulub. Bütün heyət həlak olub. 
Özünü vertalyotdan aşağı atan Tahirin tərslikdən paraşütü açılmır və o, otlaq sahəsinə düşür. Həmin sahədə olan bir çoban uzaqda otların arasında kiminsə çabaladığını görüb ona tərəf qaçır. Leyla xanım deyir ki, həmin çobanın sözlərinə görə, o, Tahirə yaxınlaşanda artıq hərəkətsiz haldaymış. Tahir yerə yıxılanda bud sümüyü qarnına girib və başının arxasında kiçik bir iz olub. Elə ordaca xəstəxanada nəşini yuyub, kəfənləyib Bakıya gətiriblər.


Leyla xanım həmin anı danışarkən sanki o ağrı, acını yenidən yaşayır:

“Bizə dedilər ki, Tahir ağır yaralıdı, sabaha sağ qalmaz. Qaynanamla ağlaya-ağlaya qonşumuzun maşını ilə bütün xəstəxanaları gəzdik, amma Tahir Bağırov adlı xəstə yox idi. Gecəylə narahat halda evə qayıtdıq. Səhər bir də gördüm ki, avtobus gəldi və içi dolu adam. Ürəyim titrədi. Mən bunun nə olduğunu Milli Qəhrəman Cavanşir Rəhimovun ölümündən bilirdim. Cavanşir Rəhimov Tahirgilin üstündə dəstə başçısı idi”.

Tahir Bağırov şəhid olanda oğlu Arifin 9 ayı tamam olmuşdu. İndi atasının adını daşıyan ikinci oğlu isə ana bətnində 5 aylıq idi.

Leyla xanım ərinin ölümündən sonra övladlarına həm ata olub, həm də ana. Özü işləyib, övladlarını böyüdüb. Kimsənin əlinə baxmayıb, kimsədən kömək ummayıb.
Tahir Bağırovdan Leyla xabıma iki övlad yadigar qalıb. O, övladlarını elə tərbiyə edib ki, atalarının adına layiqli olsunlar.


Leyla xanım Tahir bəyin yoxluğunun ağırlığından danışır:

“Tahirsiz həyat mənə o qədər çətin oldu ki... Bunu dillə başa salmaq qeyri-mümkündü. Tahir şəhid olanda elə bilirdim ki, bütün var dövlətimi, hər şeyimi itirdim.

O, axrıncı dəfə evə gələndə mənə dedi ki, ərizə yazmışam, çıxıb gələcəm. Cavanşir Rəhimov şəhid olandan sonra gözüm lap qorxmuşdu, hiss edirdim ki, nə vaxtsa mənim də başıma belə hadisə gələcək. Həmişə yalvarırdım ki, Tahir getmə.
Oğlum Arif 9 aylıq idi. Axrıncı dəfə evdən çıxıb müharibəyə gedəndə Arifi qoydum ayaqlarının altına yalvarmağa başladım. Dedim ki, Tahir bəlkə də məndən bezmisən, bax bu oğlunun canı getmə, qorxuram. Onda mənə dedi ki, qorxma, Leyla, erməni gülləsi mənə dəyməz. Əyninə şinel geyinmişdi. Bir dəfə də güllə həmin şineli deşib keçmişdi, amma Tahirə dəyməmişdi. Mənə dedi ki, indi gedirəm, amma sonuncudu. Söz verirəm, qayıdacam.
Məndən xahiş etdi ki, ona piti bişirim. Hələ də saxlayıram o piti qablarını. Pitini bişirdim hazır qoydum. Demişdi ki, axşam gələcək. Gələ bilməsə də, sabah mütləq qayıdacaq. Gözlədim gəlmədi”.

Beləcə Tahir Bağırov Leyla xanımın gözlərini yolda qoydu.


Bu gün Leyla Bağırovanın iki oğlu, bir gəlini və 3 aylıq oğul nəvəsi var. Xətai rayonundakı 59 nömrəli, oxuduğu Şirvan şəhər 10 nömrəli məktəblər, Suraxanı rayonunda yaşadığı küçə hazırda T.Bağırovun adını daşıyır.


Şəhidim, sən vətənin üçün canından keçdin, bu gün vətənin igidləri sənin davamçılarındı…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis “ağ ölüm” yayan narkotaciri saxladı – 5 kiloqram heroinlə - FOTOLAR 23 Oktyabr 2019, 11:17 Bu il 1418 nəfər  peşə hazırlığına cəlb edib 23 Oktyabr 2019, 11:11 Əflatun Amaşov ATƏT nümayəndəsinə etiraz etdi: “Qərəzlidir” 23 Oktyabr 2019, 11:11 “Azərbaycanda 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlar var” 23 Oktyabr 2019, 11:00 Ötən gün yol qəzalarında 4 nəfər ölüb 23 Oktyabr 2019, 10:55 Polis istəyir ki... 23 Oktyabr 2019, 10:50 Dövlət qulluqçusu olmaq istəyən 1850 nəfər imtahan verəcək 23 Oktyabr 2019, 10:43 Kapital Bank UNEC-də “Karyera Günü” keçirib 23 Oktyabr 2019, 10:35  Bakı Mühəndislik Universitetinin tələbəsi AŞPA-da təcrübədə olub 23 Oktyabr 2019, 10:33 Kənd Təsərrüfatı Nazirliyi işçi AXTARIR - 151 vakant yer 23 Oktyabr 2019, 10:31 Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir” 23 Oktyabr 2019, 10:29 Baş Nazirdən yeni TƏYİNATLAR 23 Oktyabr 2019, 10:21 Şamaxıda qaz KƏSİLƏCƏK - SƏBƏB 23 Oktyabr 2019, 10:15 Nazirlər Kabinetində İSTEFALAR 23 Oktyabr 2019, 10:11 Gəncədə velosiped yürüşü keçiriləcək    23 Oktyabr 2019, 10:01 Akif Əlizadənin bu gün istefa verəcəyi TƏSDİQLƏNDİ - Vitse-prezidentdən AÇIQLAMA 23 Oktyabr 2019, 09:55 Köhnə maşın bazarının yaxınlığında QƏZA: 3 yaralı 23 Oktyabr 2019, 09:36 Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq doğdu -  MDB-də bir İLKVİDEO 23 Oktyabr 2019, 09:28 Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam” 23 Oktyabr 2019, 09:21 Fəzail Ağamalı Milli Şuranı ittiham etdi, Sərdar Cəlaloğlu isə… 23 Oktyabr 2019, 09:16 Yaddan çıxmış sənətkarlar - İşә gedәrkәn yolda ürәyi dayanan Əməkdar artist - FOTOLAR 23 Oktyabr 2019, 08:53 Baş redaktorun tələbə qızı: “Ən böyük arzum ata-baba yurdumuzu görməkdir” - MÜSAHİBƏ 23 Oktyabr 2019, 08:37 Pənah Hüseyn onu lağa qoyanlara CAVAB VERDİ 23 Oktyabr 2019, 08:27 Azərbaycanda salınan yeni yollar - Biri Ağsu aşırımından keçəcək 23 Oktyabr 2019, 08:21 Bu gün Çempionlar Liqasında 3-cü tura yekun vurulacaq - TƏQVİM 23 Oktyabr 2019, 08:13 Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR 23 Oktyabr 2019, 08:10 Manat günə bu məzənnə ilə başladı 23 Oktyabr 2019, 08:05 “Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57