Modern.az

Təcavüzə uğradığını deyən Aytac Abdullayevanın həyat yoldaşı DANIŞDI

Təcavüzə uğradığını deyən Aytac Abdullayevanın həyat yoldaşı DANIŞDI

Hadisə

3 Avqust 2019, 12:02

Ötən gün Türkiyədə yaşayan həmyerlimiz Aytac Abdullayevanın açıqlamasını yazmışdıq. 12 yaşında Mustafa Aksoy adlı Türkiyə vətəndaşı tərəfindən təcavüzə uğradığını, sonra isə onunla evləndirildiyini, uzun illər ərindən şiddət gördüyünü bildirmişdi.

Bu gün isə ittiham edilən Mustafa Aksoyla haqqındakı ittihamlarla bağlı danışdıq. Mustafa Aksoy Modern.az-a həyat yoldaşı Aytac Abdullayevanın iddialarını qəti şəkildə rədd etdi:

“Mən Aytacı qohumlarım vasitəsi ilə tanımışam. Onla evlənməmi də atam istəyib. Anası bizə qızının 16 yaşı olduğunu demişdi. Biz Bakıya toya gedəndə Aytacın 14 yaşı olduğunu öyrəndik. Haqqımdakı bütün iddialar yalandı və bu məsələni məhkəmədə isbat edəcəm. Mən 9 ay Aytacla Azərbaycanda yaşamışam. Azərbaycanda və Türkiyədə onunla rəsmi nikahım var. Əgər mən belə pis insam idimsə, niyə mənimlə 13 il yaşadı?".

Mustafa Aksoy bildirdi ki, həyat yoldaşı dəfələrlə evdən qaçıb:

“Mən də anasız böyümüşəm. Aytac evdən qaçırdı. Mən gedib gətirirdim ki, uşaqları anasız qoyma. Amma o yenə qaçırdı. Bununla bağlı əlimdə faktlar var. Uşaqlarım da bunu isbat edər".


Mustafa Aksoy keçən ilin iyun ayında Aytac Abdullayevayla boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyir. Onun sözlərinə görə, fevralda Aytac evdən qaçıb və bundan sonra boşanmaga qərar verib.

Aksoy şiddət iddialarının da yalan olduğunu söyləyir:

“Aytaca şiddət göstərmək mümkün belə deyil. Ona barmağını toxundursam, bütün Türkiyəni başıma toplar. Aytacın məndə mesajı var. Bunu polisə və prokurora təqdim etmişəm. Deyir ki, “mənim sənədlərimi düzəlt, Azərbaycana getməyim, burda qalım. Sənədlərimi həll edərsən, uşaqları istəmərəm, səndə qalsın”. Mənim əlimdə onunla bağlı faktlar var. Hər birini təqdim edəcəm"

Mustafa Aksoy hazırda Aytac Abdullayevanın qardaşının keçmiş həyat yoldaşıyla yaşamasına da aydınlıq gətirib:

"O, Aytacın ögey qardaşının rəsmi həyat yoldaşı olmayıb. Bərabər yaşayıb və ayrılıblar. Mən kimsənin həyat yoldaşını əlindən almamışam. Övladlarımla bərabər xoşbəxtəm və tək istəyim Aytacdan boşanmaqdır. Məhkəmədə vəkili də, sizlər də görəcəksiniz ki, bu məsələdə mən haqlıyam".

Mustafa Aksoy Azərbaycan mətbuatından məhkəmə qərarını gözləməyi xahiş edir. 


Məhsəti Şərif, 
İstanbul

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır