Modern.az

Türkanda 30 yaşlı qadın dənizdə batdı

Türkanda 30 yaşlı qadın dənizdə batdı

3 Avqust 2019, 17:17

Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub: "Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən edilib".

 

Rəsmi məlumata görə, qadın dünyasını dəyişib: "Uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılıb. Təcili yardımdan verilən məlumata görə lazımı yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır'.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?