Modern.az

Dünya iqtisadiyyatı TƏHLÜKƏDƏ – ABŞ-la Çin arasında münaqişə dərinləşir

Dünya iqtisadiyyatı TƏHLÜKƏDƏ – ABŞ-la Çin arasında münaqişə dərinləşir

6 Avqust 2019, 12:06

Həftənin bazar ertəsi dünya maliyyə bazarlarında görünməmiş həyəcan müşahidə olunurdu. ABŞ və Çin arasında ticarət müharibəsinin kəskin fazaya keçməsi bu həyəcanın əsas səbəbi idi.

 

Belə ki, Çin Xalq Bankının yuanı dollar qarşısında 7 vahiddən aşağı endirməsi nəinki Çin, həmçinin, digər Asiya fond birjalarında düşüşə yol açdı. Bu qorxu sentyabrın 1-dən etibarən ABŞ-ın 300 milyard dəyərində Çin malına tətbiq edəcəyi 10%-lik gömrük rüsumunun daha da artırılması ilə də bağlıdır.

 

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna cavab olaraq Çin hökuməti dövlət şirkətlərindən ABŞ-dan kənd təsərrüfatı məhsulları almağı qadağan edib.

Çin valyutasının 2008-ci il səviyyəsinə qədər ucuzlaşmasına izahı isə Xalq Bankı verib. Çinin rəsmi mövqeyi ABŞ-ın ticarət proteksionizmi ilə məşğul olmasını göstərir.

 

“Financial Times” qəzetinin Asiya bazarları üzrə eksperti Kristi Tan yuanın zəifləməsini Çinin məqsədyönlü addımı sayır. Onun fikrincə, ucuz valyuta hesabına ucuz başa gələcək məhsullar ABŞ bazarını yerli mallarla doldurmaq istəyən Trampın siyasətinin boşa çıxmasına səbəb olacaq.

“ABŞ-ın Çin mallarına qoyduğu rüsumla bağlı rəsmi Pekinin cavab addımları özünü tükədib. Belə ki, ABŞ Çindən elə də çox məhsul idxal etmir. Amma istənilən halda, situasiyanın kritik həddə çatacağı halda, Çin Xalq Bankının Qərb kapitalından qaçışına və yuanın mövqeyini möhkəmləndirməyə kifayət qədər gücü var”.

 

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı isə ABŞ-Çin arasında gedən ticarət müharibəsinin dünya iqtisadiyyatının artım templərini ləngidəcəyini və valyuta bazarlarında qeyri-müəyyənlik yaradacağını proqnozlaşdırır. Bazar ertəsi günü istər ABŞ, istər Çin fond bazarlarının aşağı düşməsi nəticəsində dünya zənginlərinin də 100 milyard dollar ziyana düşdüyü açıqlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi