Modern.az

Azərbaycanın MiQ-29 təyyarəsinin qəzaya uğradığı yerdən ilk FOTOLAR

Azərbaycanın MiQ-29 təyyarəsinin qəzaya uğradığı yerdən ilk FOTOLAR

9 Avqust 2019, 17:26

Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizinə düşən MiQ-29 təyyarəsinin qalıqları və yerindən ilk fotolar yayılıb.

Modern.az xəbər verir ki, Türkiyə Dəniz Qüvvələri Nazirliyinin mütəxəssisləri təyyarənin yerini ROV aparatı vasitəsilə tapıblar. Türkiyəli mütəxəssislər daha sonra dənizin dibinə enərək, təyyarənin böyük və kiçik hissələrinin fotolarını çəkiblər. 


Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi iyulun 24-ü gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Xəzər dənizinə düşən hərbi təyyarəni idarə edən pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyev də itkin düşüb.

Təyyarənin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.


Həmin fotoları təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir