Modern.az

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Ədəbi̇yyat

9 Avqust 2019, 22:14

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3 və 67.1-ci maddələrinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilən zaman cibində gizlədilmiş 1 ədəd bükülünün içərisində 0,168 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar