Modern.az

Zaqataladakı zəlzələnin fəsadları – İcra Hakimiyyətindən AÇIQLAMA

Zaqataladakı zəlzələnin fəsadları – İcra Hakimiyyətindən AÇIQLAMA

10 Avqust 2019, 13:08

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün 11:35 radələrində Zaqatalada 6 bal gücündə zəlzələ baş verdiyib açıqladı. Rayonda insan tələfatı və dağıntıların barədə məlumat almaq üçün Modern.az Zaqatala İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

 

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov Modern.az-a açıqlamasında tələfat və dağıntıların olmadığını söyləyib. O, yalnız ötən zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərdə çatların əmələ gəldiyini bildirib.

“Zaqatalada zəlzələ baş verib, ancaq dağıntı ilə bağlı bizdə məlumat yoxdur. Lakin keçmiş zəlzələdə qəzalı vəziyyətə düşmüş evlərdə çatlar yaranıb. Bununla bağlı bizə müraciət edənlərin sayı artır. Hər hansı bir insan tələfatı yoxdur. Kkomissiya təşkil olunub, hazırda həmin evlərə baxış həyata keçirilir”.

Xəqani Məmmədov zəlzələnin gücünün 6 bal deyil, nisbətən az olduğunu da əlavə edib.

 

Jalə Mehdi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı