Arxiv
12 Avqust 2019, 15:27 | ƏDƏBİYYAT
Ali məqsədim millətimin gözünü açmaqdı - Ərşad Əzimzadə

Son 23 ildə atdığım hər addım bir ulu məqsədə, bir ülvi amala xidmət edib. Mən böyük maarifpərvər alim, möhnətkeş ziyalı Həsən bəy Zərdabinin başladığı, M.F.Axundovun, Mirzə Cəlilin, M.Ə.Sabirin, Əzim Əzimzadənin, Üzeyir bəy Hacıbəylinin davam etdirdiyi, kommunist rejimi dövründə qəsdən, məqsədyönlü unudulan maarifləndirmə işini davam etdirmək kimi bir ağır və şərəfli vəzifəni şüurlu surətdə və təmannasız öz çəlimsiz çiynimə götürmüşəm.

1995-ci ildən çalışıram ki, mənsub olduğum xalqı, nəfs və tamah kimi, çox güclü düşmənin qanlı caynağından xilas edim, millətin gözünü açım, insanlara müntəzəm olaraq xəstəlik və bədbəxtlik yolunu da göstərirəm, sağlamlıq və xoşbəxtlik yolunu da. 

Bu məqsədlə, ardıcıl olaraq, kitablar və məqalələr yazıram, radio və TV vasitsilə çıxışlar edirəm, internetdə açdığım sağlamlıq səhifəsində və FB-də vacib məsləhətlər verirəm, oxucularımın suallarını cavablandırıram, topladığım bilikləri böyük ümidlə bölüşürəm. 

Apardığım çoxtərəfli işin nəticəsi bu olub ki, ölkədə Sağlam Həyat Tərzinə meyl güclənib, menyularda ciddi düzəlişlər baş verib, özü özünün həkimi olan insanların sayı artıb, əhalinin Bitki Səltənətinə marağı güclənib, ölü qidalara münasibət xeyli dəyişib. 

Bütün bunlar məni sevindirir. Müəlliflik və sahibkarlıq hüququm pozulsa da, mənə ciddi maddi zərbə vurulsa da, sevinirəm ki, kitab piratları 20 ildir əsərlərimi məndən icazə almadan, qeyri-qanuni şəkildə çoxaldıb yayırlar və əsərlərim çoxlu ailənin stolüstü kitabına çevrilib. Milli piratların yolunu tutub, mənim əsərimi qeyri-qanuni şəkildə fars dilinə çevirən və satan İRAN piratları da mənə böyük maddi ziyan vurublar, amma bu faktın özü məni sevindirir. 
Sevindirici hallardan biri də budur ki, son 20 ildə on minlərlə oxucum mənə FB-də “dostluq” təklifi göndərib və mən, mövcud limit çərçivəsində, onların 5000 nəfərini “dostluğa” qəbul etmişəm. 

Mən, hər hansı bir addımı atanda, birinci növbədə, FB “dostlarımı” gözümün qabağına gətirirəm. Bir yazını FB-yə hazırlayarkən, kitab yazarkən, sizi düşünürəm, əziz dostlarım! Siz mənim həm qibləmsiniz, həm də güvənc yerim! Deyirəm: görəsən, bu yazım, bu kitabım necə qəbul olunacaq, kiməsə bir faydam dəyəcəkmi? Bir də onu fikirləşirəm ki, 5 min dostun heç olmasa, mini fəal oxucumdur. Onlar qoymaz ki, 1 kilo ətin qiymətindən də aşağı qiymətə təklif olunan faydalı kitabım mağazada yatıb qalsın, onu göydə götürəcəklər, bununla da həm özləri və ailə üzvləri üçün ağıllı məsləhətçi tapmış olacaqlar, həm də Zərdabinin başladığı və bu gün daha böyük önəm kəsb edən maarifləndirmə işinə öz kiçik töhfələrini verəcəklər.

Əfsuslar olsun ki, 1 kq ətə həvəslə 12 manat verən, dolu dərman torbalarını evə daşıyan yaşlılar da, zəhərli papirosa, spirtli içkilərə, narkotik maddələrə və boş əyləncələrə ətək-ətək pul xərcləyən cavanlar da, pis vərdişləri tərgitməkdə, sağlam və xoşbəxt həyat yolunu seçməkdə onlara yardımçı ola bilən KİTABLARA pul xərcləməyə qıymırlar. 

Mən “Möcüzəsiz möcüzə - 4”, “Rədd olsun eynəklər”, “Sunami”, “Dərd əlindən havalandım”, “Tanrıya sualım var”, «От ада до рая - один шаг», «БОЛЕЗНЬ ВЕКА: миф и истина» əsərlərini çoxlu pul qazanmaq, var-dövlət yığmaq, elmi rütbə almaq və şan-şöhrət sahbi olmaq məqsədi ilə yazmamışam. Məqsədim varlanmaq olsaydı - mən də sizi aldadıb, həm pulunuzu, həm də canınızı alan həkimlərə qoşulardım, ya da ki, burdakı və İrandakı kitab piratlarını məhkəməyə verib, çoxlu pul alardım, milyonlar sahibi olardım. Məni yaxından tanıyan hər kəs bilir ki, ehtiyac içində yaşayıram, 3 gözlü mənzildən savayı heç nəyim (ən cındır maşınım və ən cındır bağ evim də!) yoxdur. Amma mənim əsərlərimin hesabına minlərlə insan güclü pul qazanır. 

Məni düz başa düşün: məqsədim pul qazanmaq deyil. Amma, öz vəsaitim hesabına buraxdığım yüksək keyfiyyətli kitabımın lazım olan ünvana çatdığını görüb sevinməyə mənəvi haqqım var. Bir də ki, heç olmasa, kitablara çəkdiyim xərci (ağır zəhmətim halalınız olsun!) qaytarmalıyam ki, yeni kitablar yazıb, topladığım yeni biliyi sizinlə bölüşməyə maddi imkanım olsun. Onları özümlə o dünyaya aparmaq - mənə ağır dərd olar... 

Düzü, mən gözləyirdim ki, əsas qayəsi - milləti pis vərdişlərin qanlı caynağından (“bizi öldürən qocalıq deyil, pis vərdişlərdi” - Hippokrat) xilas etmək, saflaşdırmaq, mənən və cismən sağlam, güclü və xoşbəxt xalq kimi formalaşdırmaq olan son 2 kitabım (“Dərd əlindən havalandım” və “Tanrıya sualım var”) işıq üzü görən kimi, ən azı, yaxın dostlarım bunu baş vermiş ictimai hadisə kimi dəyərləndirəcək, çəkdiyim zəhmətə qiymət verəcək, öz güclərini bir yerə qoyub, kitabın təqdimatını keçirəcək və cəmisi 400 nüsxə olan bu faydalı kitabları göydə götürəcəklər. Əfsuslar olsun ki, mənə az qala hər gün “var olun, siz bu xalqa çox lazımsınız” mesajı göndərən “dostlarım”, satirik şeirlər kitablarım işıq üzü görən gündən yoxa çıxıblar. İndi yazılarıma cəmi 5-6 dost münasibət bildirir.

Nə baş verib, DOSTLAR?!! Niyə qınınıza çəkilibsiniz? Harda gizlənibsiniz? Nədən qorxdunuz? Mən “xalq düşməni” deyiləm - məzlum xalqın mübariz övladıtam! Mın dövlət əleyinə iş görmürəm - ölkəsində kamil dövlət görmək istəyən və bunun üçün əlindən gələni edən VƏTƏNDAŞAM! Mən kimlərinsə devrilməsini, kimlərinsə taxta çıxmasını istəyən dələduz siyasət adamı deyiləm, şəffaf, demokratik, halal seçkilər arzulayan və bunun üçün əlindən gələni edən Azərbaycan övladıyam! 

Bir daha təkrar edirəm: ali məqsədim - millətimin gözünü açmaq, insanları nəfsin və tamahın əsarətindən xilas etməkdir. İstəyirəm ki, xalqım mənən və cismən sağlam, müdrik və güclü olsun. Zərdabi də, Mirzə Cəlil də , Sabir də bunu istəyib. Xalqım isə ağır xəstədir. Xəstəni sağaltmaq üçün mən şirin həblərdən deyil, acı soğandan, acı sarımsaqdan, turş limondan, tünd kərəvizdən istifadə edirəm. Xəstə xalqı tərifləmək - acgöz məddahların peşəsidir. Şirin sözün - aqibəti acı olur. Mən isə xalqımı həqiqətən sağaltmaq istəyirəm. Buna görə də Mirzə Cəlilin və Sabirin silahından istifadə edirəm və bundan sonra da edəcəyəm. Yəni, pis vərdişlərin əsiri olan hər birimizi ayrıca, millətimizi bütövlükdə, xalqı saflaşdırmaq əvəzinə, onu müti qul halına salan rəhbərlərimizi, haqq yolunu azmış bəşəriyyəti sözlə qamçılayıram. Mən - millətimi çox sevdiyim üçün onun sağalmasını istədiyim üçün, dövlətimizi qüdrətli görmək üçün yazılarımda “kötək dozasını” tünd eləmişəm. Atalar əbəs deməyib ha: “güldürən yanına getmə, ağladan yanına get”.

Əziz oxucularım, kim mənimlə ”dostluq etməkdən” çəkinirsə, xahiş edirəm “dostluqdan” çıxsın, qoy ora öz xalqını, dövlətini, vətənini ürəkdən sevən kamil insanlar daxil olsun. Ya da içinizdəki ətaləti, vahiməni, qorxunu, qul ruhunu öldürüb, ürəkdən mənə qoşulun, elliklə əl-ələ verib, bizi çox erkən soyuq məzara sürükləyən pis vərdişlərin belini qıraq, xalqımızı əlimizdə olan bütün vasitələrin köməyi ilə maarifləndirək, onun mübarizə ruhunu gücləndirək. O zaman Həsən bəyin, Mirzə Cəlilin, Sabirin ruhu şad olar, həm də biz övladlarımızın xoşbəxt gələcəyi üçün gözəl təməl qoymuş, VƏTƏN qarşısında, TANRI qarşısında öz borcumuzu yerinə yetirmiş olarıq. Konkret nə etmək lazım olduğunu kitablarımda çox aydın göstərmişəm. SEÇİM HÜQUQU SİZİNDİR.


Ərşad ƏZİMZADƏ,
yazıçı-jurnalist

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ” səfərdə uduzur - YENİLƏNİR   22 Avqust 2019, 23:38 Türkiyə Suriyada uduzur: Putin Ərdoğanı tələyə saldı TƏHLİL 22 Avqust 2019, 23:32 Azərbaycan hərbi pilotlarının MACƏRALARI 22 Avqust 2019, 23:21 Nazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydı 22 Avqust 2019, 23:13 "Körfəzdə müharibəni başlayan biz olmayacağıq" - Məhəmməd Cavad Zərif 22 Avqust 2019, 22:48 Prezident tələbə adı qazanan siam əkizləri ilə görüşdü 22 Avqust 2019, 22:31 Dəmiryolu ilə sərnişin daşınması artıb 22 Avqust 2019, 22:17 Kanada Rusiyanın G8-ə qayıtmasını istəmir 22 Avqust 2019, 22:00 Bakıda taxta bazarındakı yanğın söndürüldü 22 Avqust 2019, 21:46 Bakıdakı taxta bazarında güclü yanğı - VİDEO + FOTOLAR - YENİLƏNİB 22 Avqust 2019, 21:20 Polşa ABŞ-dan qaz alır 22 Avqust 2019, 21:15 “Ermənistan demokratiyanın qasidi statusuna iddia edə bilməz” - XİN 22 Avqust 2019, 21:02 Zakir Qaralov Qubada qəbul keçirəcək 22 Avqust 2019, 20:44 “Titanik”in qalıqları yoxa çıxır 22 Avqust 2019, 20:30 “Kənddən Şəhərə” yarmarkasında reyd:  qiymətlər ucuzdur 22 Avqust 2019, 20:16 “Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev 22 Avqust 2019, 20:02 Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb 22 Avqust 2019, 19:42 Gömrükdə 50 minə yaxın siqaret ələ keçirildi 22 Avqust 2019, 19:29 ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır... 22 Avqust 2019, 19:15 Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb" 22 Avqust 2019, 19:01 Bu il dəmir yolları 270 min sərnişin daşıyıb 22 Avqust 2019, 18:42 Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi  22 Avqust 2019, 18:14 Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib 22 Avqust 2019, 18:12 “Azərbaycan dövləti əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir” 22 Avqust 2019, 18:08 Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ 22 Avqust 2019, 18:02 Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb” 22 Avqust 2019, 17:47 Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi 22 Avqust 2019, 17:42 Pirşağıda tullantı təmizləyici qurğu istifadəyə veriləcək 22 Avqust 2019, 17:38 Manatın məzənnəsi dəyişmədi 22 Avqust 2019, 17:25 Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ 22 Avqust 2019, 17:14 Telefon almadığına görə anasını öldürən oğula AĞIR CƏZA 22 Avqust 2019, 17:02 Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı - QALMAQAL 22 Avqust 2019, 16:40 Şamaxıda da yanğın oldu - Havaya helikopter qaldırıldı 22 Avqust 2019, 16:36 “Nar” 6 ayın naliyyətlərini açıqladı 22 Avqust 2019, 16:05 Hadi Rəcəbli sağlamlıq turizmi ilə bağlı görüş keçirdi 22 Avqust 2019, 15:56