Modern.az

SSRİ-nin 5 xarici dil bilən birinci ledisinin ölümündən 35 il ötür - FOTOLAR

SSRİ-nin 5 xarici dil bilən birinci ledisinin ölümündən 35 il ötür - FOTOLAR

Mədəni̇yyət

13 Avqust 2019, 16:01

SSRİ lideri Nikita Xruşşevin həyat yoldaşı Nina Petrovna Xruşşovanın ölümündən 35 il ötür.

 

Modern.az xəbər verir ki, sabiq Birinci Katibin həyat yoldaşı 1984-cü il avqustun 13-də həyatdan köçmüşdü.

 

 

Çoxsaylı SSRİ-nin azsaylı birini ledilərindən birini 1961-ci ildə Vyanada Nikita Xruşşev və ABŞ prezidenti Con Kennedi arasında görüşdən tanıyır. Belə ki, həmin görüş zamanı kəndli ailəsində doğulan və sadə geyimli Nina Xruşşeva ABŞ-ın birinci ledisi, stil ikonası sayılan Jaklin Kennedi ilə çox təzadlı görüntü yaratmışdılar.

 

Qərbdə görüşdəki geyiminə görə “xalatda nənə” adı ilə tanınan Nina Xruşşeva xarici görünüşünün sadəliyinə baxmayaraq, çox mütaliəli qadın olub. 5 övlad böyüdən Nina Xruşşeva 5 xarici dildə sərbəst danışa bilib və xarici səfərlər zamanı ingiliscə danışaraq əcnəbiləri təəccübləndirməyi bacarıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!