Modern.az

Yük maşını dərəyə aşdı: Sürücü yaralandı, oğlu öldü

Yük maşını dərəyə aşdı: Sürücü yaralandı, oğlu öldü

13 Avqust 2019, 21:14

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən  Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.  Hadisə zamanı “HOVA” markalı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Hadisə zamanı dünyasını dəyişən Süleyman Hüseynov sürücünün oğlu olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü