Modern.az

Bu yerlərdə qaz olmayacaq - “Azəriqaz”dan AÇIQLAMA

Bu yerlərdə qaz olmayacaq - “Azəriqaz”dan AÇIQLAMA

14 Avqust 2019, 09:27

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. 

 

Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI