Arxiv
14 Avqust 2019, 10:14 | AKTUAL
Dövlət İmtahan Mərkəzi bu ixtisasların keçid ballarını AÇIQLADI

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

Modern.az xəbər verir ki, bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilib. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir. 

Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib.

Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən  20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir. 

Təbii yuxarıda qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.

Nümunə olaraq 2018-ci ildə ərizələrində birinci yerdə ən çox göstərilmiş ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla formalaşan keçid balları və onların 2019-cu ildəki keçid balları ilə müqayisəsini təqdim edirik.

 

Azərbbaycan bölməsi

 

 İxtisas qrupu

İxtisasın adı

 Keçid balı 2018 

 (Ödənişli /DS)    

 Keçid balı 2019

(Ödənişli/DS)

I

Riyaziyyat müəllimliyi (BDU)

540 / 540

522.3 / 522.3

II

Maliyyə (tədris ingilis dilində ADİU)

667/ 667

643.4 / 643.4

III

Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU)

416 / 584

464.6 / 527.4

IV

Müalicə işi (Azərbaycan Tİbb Universiteti)

609 / 662

575.4 / 578.7

V

Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi 
(qızlar üçün fiziki tərbiyə, ADBTİA)

53 / 74*

96.8  / 112.6*

 Rus bölməsi

İxtisas qrupu 

 İxtisasın adı

 Keçid balı 2018 

 (Ödənişli/DS)  

 Keçid balı 2019

 (Ödənişli/DS)

I

 İnformasiya texnologiyaları (ADNSU)

329 / 538

366.5 / 366.5

II

 Turizm və otelçilik (ATMU)

356 / 418

347.4 / 347.4

III

 Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU)

288 / 588

318.9 / 528.1

IV

Müalicə işi (Azərbaycan Tİbb Universiteti)

554 / 662

344.5  / 589.4

V

Dizayn (ADRA)

56 / 74*

157.2/ 157.2*


*2018-ci ildə  V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanından maksimal toplanıla biləcək bal 90, 2019-cu ildə isə 300 baldır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45 Merkel Trampın dəvətini rədd etdi 30 May 2020, 11:38 Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR 30 May 2020, 11:30 Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır 30 May 2020, 11:23 “Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 30 May 2020, 11:14 DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq 30 May 2020, 11:05 Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə alır - SİYAHI 30 May 2020, 10:57 “Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ 30 May 2020, 10:50 Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR 30 May 2020, 10:45 Şıntır-mıntır 30 May 2020, 10:42 “Ermənilər məni iki dəfə öldürmək istəyiblər” - Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş” - MÜSAHİBƏ 30 May 2020, 10:37 Azərbaycan nefti bahalaşdı   30 May 2020, 10:30 Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır 30 May 2020, 10:22 Vilayət Eyvazov Neftçalaya yeni rəis TƏYİN ETDİ 30 May 2020, 10:14 Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR 30 May 2020, 10:05 Bakıda bir nəfər köməksiz qaldı 30 May 2020, 09:57 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 09:50 Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI 30 May 2020, 09:40 Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - Tarixçi alim YAZDI 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24