Modern.az

Mingəçevirdə 32 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 32 yaşlı kişi bıçaqlandı

14 Avqust 2019, 21:45

Mingəçevirdə 32 yaşlı kişi bıçaqlanıb.

Modern.az  APA-ya istinadən xəbər ki, hadisə axşam saatlarında şəhərin Sağ sahil yaşayış massivində baş verib.

Belə ki, mübahisə və münaqişə zəminində 1987-ci il təvəllüdlü şəhər sakini Əhmədov Cəlil Zabit oğlu bıçaqlanaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı ilkin müayinədən və tibbi yardımdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi, kim və yaxud kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü