Arxiv
17 Avqust 2019, 13:31 | İQTİSADİYYAT
Sentyabrda kirayə evlər bahalaşacaq

“Avqust-sentyabr aylarında kirayə evlərə tələbat yüksək olduğundan qiymətlərdə də artım müşahidə olunur”.

 

Bu barədə Modern.az-a “MBA Konsaltiq və qiymətləndirmə” şirkətinin rəhbəri, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov danışıb. O qeyd edib ki, sentyabr ayının ortalarında tələb azaldığından qiymətlər də aşağı düşəcək:

 

“Bazarda qiyməti iki faktor tənzimləyir. Birincisi, tələb və təklif, ikincisi isə ümumi iqtisadi durumdur. Ölkə inkişaf etdikdə, bazarda pul mübadiləsi çox olanda, insanların sabaha inamı olanda, cəmiyyət pozitiv əhval-ruhiyyədə olanda qiymətlər də artıma meyilli olur. Amma əks hallar yaşananda qiymətlər aşağı düşür. 2015-2016-cı illərdə biz bunu müşahidə etdik. Qiymətlərin günün tələbinə cavab vermədiyini deməzdim. 2000-ci ildən bu günə qədər mənzillərin satış qiymətləri 6,4 dəfə artıb.  Buna uyğun olaraq, kirayə qiymətləri isə 2,6 dəfə yüksəlib. Bu o deməkdir ki, insanların kreditə əlçatanlığı yaxşılaşdığından ev almağa bir qədər rahatlıqla əl qoyurlar. Kirayə pulunu isə öz ciblərindən verməli olurlar deyə, bahalı evləri kirayə götürməkdən çəkinirlər. Kirayə qiymətləri insanların cibindəki pulla bağlıdır. Yəni insanların qazancı, cibindəki pulu çoxalanda kirayə evlərin qiymətləri də artır, azalanda isə qiymətlər düşür”.

 

N.İbrahimov qeyd edib ki, şəraiti zəif, qiyməti yüksək olan evləri vətəndaşlar kirayə götürməkdən çəkinsələr, kirayə qiymətləri müəyyən qədər tənzimlənə bilər:

“Bir nəfər evini kirayə verirsə, müştərilərin rəyini öyrənəcək. Bir nəfər gəlib bəyənməyəcək, ikinci bəyənməyəcək, artıq belə getsə, kirayə verən qiyməti məcbur olub endirəcək”.

 

Qeyd edək ki, hazırda Bakıda kirayə evlərin qiyməti kəskin şəkildə artıb. Bahalaşma yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin, xüsusilə ərəb turistlərin şəhərimizdə çox olması ilə əlaqələndirilir. Hazırda Bakının mərkəzi hissələrində, metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti daha yüksəkdir. 1 və 2 otaqlı, orta təmirli, müvafiq məişət avadanlıqları olan bu mənzillərin aylıq kirayəsi ən ucuz 350-400 manatdan başlayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13 Bakıda məşhur məmur vəfat etdi - FOTO 16 Dekabr 2019, 11:07 “İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat 16 Dekabr 2019, 10:58 Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat YAYDI 16 Dekabr 2019, 10:55 Ərdoğan ABŞ və Rusiyanı İTTİHAM ETDİ 16 Dekabr 2019, 10:50 İcra Hakimiyyətinin şöbə müdiri ÖZÜNÜ ASDI- FOTO 16 Dekabr 2019, 10:44 Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR 16 Dekabr 2019, 10:42 Bibiheybətdəki çökən yol yenidən qurulacaq - LAYİHƏ 16 Dekabr 2019, 10:40 Qusarda kütləvi ZƏHƏRLƏNMƏ 16 Dekabr 2019, 10:36 Bakıda 7 nəfər liftdə qalıb 16 Dekabr 2019, 10:35 Apteklərdə satılan “Foden” əmtəə nişanlı qida əlavəsi saxtalaşdırılırmış 16 Dekabr 2019, 10:31 Elmar Qasımov şagirdləri ilə görüşüb - FOTO   16 Dekabr 2019, 10:30 Bakıda nənə və nəvəsi dəm qazından boğulub 16 Dekabr 2019, 10:21 Cocuq Mərcanlıya marşrut xətti AÇILIR 16 Dekabr 2019, 10:15 İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR 16 Dekabr 2019, 10:08 “Əlif Hacıyev - Qarabağın cəngavəri” filmi nümayiş etdirildi 16 Dekabr 2019, 09:44 Bakıda evdən meyit tapıldı 16 Dekabr 2019, 09:31 Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ 16 Dekabr 2019, 09:23 Mövqelərimiz atəşə tutuldu 16 Dekabr 2019, 09:23 Şərq dalğasının Qərb qayasına çırpındığı an - TƏHLİL 16 Dekabr 2019, 09:18