Modern.az

10 569 abituriyent ərizəsini təsdiqlədi

10 569 abituriyent ərizəsini təsdiqlədi

17 Avqust 2019, 22:11

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən  Modern.az-a verilən məlumata görə, avqustun 17-si saat 16:35-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 60, II qrup üzrə 732, III qrup üzrə 17, IV qrup üzrə 13, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10569 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı