Modern.az

Xarici İşlər Nazirliyindən Sudana təbrik

Xarici İşlər Nazirliyindən Sudana təbrik

Aktual

18 Avqust 2019, 20:30

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı ölkədə imzalanmış sülh sazişi ilə əlaqədar təbrik edib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

Azərbaycan beynəlxalq ictimaiyyətə qoşularaq qardaş Sudan xalqını Afrika İttifaqı və Efiopiyanın vasitəçiliyi ilə tarixi sazişin imzalanması münasibətilə təbrik edib: "Bu saziş Sudanda sülh, stabillik və rifaha doğru tarixi nailiyyətdir".

Qeyd edək ki, avqustun 17-də paytaxt Xartumda keçirilən təntənəli mərasimdə ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi imzalanıb. Sənəd ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edir. Həmin dövrdə hərbçilər tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməlidirlər. Eyni zamanda, tərəflər arasında siyasi sazişin də yekun variantı imzalanıb və bu sənəddə keçid dövründə ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub. Bu sazişin mətni iyul ayında razılaşdırılıb.

Konstitusiya Bəyannaməsi və sazişi Sudanın Keçici Hərbi Şurasının sədr müavini, general Məhəmməd Həmdan Daqalo və “Azadlıq və dəyişikliklər” alyansının nümayəndəsi Əhməd Rabiyə Efiopiyanın Baş Naziri Əbiy Əhməd və Cənubi Sudanın Prezidenti Salva Kiyrin iştirakı ilə imzalayıblar.


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir