Arxiv
19 Avqust 2019, 10:04 | AKTUAL
Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır

 

Modern.az DİM-ə istinadən xəbər verirm ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

 

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün qeyd olunan vaxta qədər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respub-likasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında (bax: “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”) və “Abituriyent” jurnalının 8-ci sayında (“Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”nə edilmiş əlavə) təqdim olunmuşdur.

 

İxtisas seçmək hüququ olan abituriyent (subbakalavr) ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.

 

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqının komissarı Azərbaycana gəlir 18 Fevral 2020, 22:59 Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı 18 Fevral 2020, 22:44 Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq – RƏSMİ 18 Fevral 2020, 22:31 Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub 18 Fevral 2020, 22:18 Prezident parkinqlərdən danışdı - VİDEO 18 Fevral 2020, 22:01 Abşeronda üç avtomobil toqquşdu 18 Fevral 2020, 21:44 Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51 Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib 18 Fevral 2020, 19:37 Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi 18 Fevral 2020, 19:30 Azərbaycan neftinin qiyməti dəyişdi 18 Fevral 2020, 19:17 MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir” 18 Fevral 2020, 19:00 Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib 18 Fevral 2020, 18:53 9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu 18 Fevral 2020, 18:40 Şamaxıda zəlzələ olub 18 Fevral 2020, 18:27 MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb 18 Fevral 2020, 18:23 Ukrayna parlamentində Xocalı soyqırımı müzakirə olunacaq 18 Fevral 2020, 18:17 Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO 18 Fevral 2020, 18:00 Meşədə əl qumbaraları və partladıcılar tapılıb 18 Fevral 2020, 17:53 32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu 18 Fevral 2020, 17:47 MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil” 18 Fevral 2020, 17:40 Prezident Gədəbəylə bağlı sərəncam imzaladı 18 Fevral 2020, 17:33 İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq 18 Fevral 2020, 17:28 Məzahir Pənahov: “Müşahidəçilər və KİV nümayəndələri komissiyanın fəaliyyətinə mane olublar” 18 Fevral 2020, 17:22 “Qaçqınkom” Buzovnadakı yanğınla bağlı məlumat yaydı 18 Fevral 2020, 17:16 Bu dairənin nəticələri ləğv oluna bilər - Məzahir Pənahovdan EYHAM 18 Fevral 2020, 17:11 Baş Prokuror Kamran Əliyevə yeni müavin təyin etdi 18 Fevral 2020, 17:04 Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? 18 Fevral 2020, 17:00 Zakir Qaralov idarə rəisi təyin etdi 18 Fevral 2020, 16:58