Arxiv
19 Avqust 2019, 22:52 | AKTUAL
Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN

Prezident İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.

Modern.az  xəbər verir ki, fərmana əsasən, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.1.3. həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta predmetinin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

2.1.4. həmin Qanunun 10.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.1.5. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.1.6. Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.10.1.5-ci (kənd təsərrüfatı sahəsində islahatlar aparılması ilə bağlı xərclər) yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını, habelə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində Fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 000 000 (beş milyon) və 3 000 000 (üç milyon) manat vəsaitin nəzərdə tutulmasını, həmin vəsaitlər hesabına Fondun nizamnamə kapitalının artırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.3. dörd ay müddətində:

2.3.1. həmin Qanunun 5.3-cü maddəsinə uyğunolaraq, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.3.2. həmin Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, sığorta qaydalarını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və AzərbaycanRespublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

2.3.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

2.3.4. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminin əsasnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.3.5. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərininvə onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.4. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun və bununla bağlı təkliflərini hər il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

2.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

3. Müəyyən edilsin ki:

3.1. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun:

3.1.1. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci, 8.1-ci, 8.5-ci maddələrində, 10.1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 10.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 10.4-cü maddəsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü, 15.3-cü (hər iki halda) və 15.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.1.2. 8.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.1.3. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci maddələrində, 10.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü və 15.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.1.4. 8.5-ci, 15.3-cü (birinci halda) və 15.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

3.1.5. 10.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

3.1.6. 10.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 10.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və 10.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

3.1.7. 10.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

3.2. Fondun ilkin nizamnamə kapitalı 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.3. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir;

3.4. Fondun fəaliyyətinin idarə edilməsi qaydası ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq onun nizamnaməsi ilə tənzimlənir.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Fondun nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.1.2. Fondun yenidən təşkili barədə qərarın qəbul edilməsi və Fondun ləğvi məsələsinin həlli;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Fondun nizamnaməsinin təsdiqi;

4.3. Fondun Himayəçilik Şurasına:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

5.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə:

5.1.1. bu Fərmanın 2.1.6-cı yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.1.2. bu Fərmanın 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərində qeyd olunan məsələlərlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.2. bu Fərmanın 2.3.3-cü yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.3. bu Fərmanın 2.4-cü bəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə təqdim etsin;

5.4. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

6.1. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan tələbləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

6.2. “Aqrar sığorta haqqında” AzərbaycanRespublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

7.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

7.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07