Modern.az

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

20 Avqust 2019, 16:27

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Faiq Məmmədov və Fuad Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.

 

İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dollar dəyərində dələduzluq ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü