Modern.az

Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu

Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu

Aktual

21 Avqust 2019, 00:44

Çinin Siçuan vilayətində müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ən azı 4 nəfər ölüb, 18 nəfər itkin düşüb.

Modern.az xəbər vedir ki, şiddətli yağışlar Aba Tibet və Çian prefekturalarında 12 mindən çox sakinin həyatını iflic edib. Vençuan dairəsində 60 nəfər köməksiz vəziyyətdə qalıb. Ulon xüsusi inzibati zonasında 30 mindən çox sakin və turist təxliyə edilib. Hazırda 13 mindən çox turistin təxliyəsi davam edir.

Bildirilir ki, vilayətdə güclü yağışlar elektrik enerjisi və su təchizatında problemlərin yaranmasına səbəb olub. Bundan başqa, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu