Arxiv
21 Avqust 2019, 14:06 | AKTUAL
BSU-nun tanınmış müəllimindən nazirə MÜRACİƏT  “İki övladım var...”

Bakı Slavyan Universitetinin (BSU) müəllimi, dosent Mübariz Əhmədov təhsil naziri Ceyhun Bayramova müraciət edib.

Modern.az Redaktor.az-a istinadən xəbər veriri ki, iki övladı ödənişli əsaslarla təhsil alan Mübariz Əhmədov universitet müəllimlərinə bu məsələdə güzəşt olunmasının vacibliyini bildirib:

“Yaxın vaxtlarda təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərinə tələbələrdən təhsil haqqını hissə-hissə ödəmələrinə şərait yaratmaları barədə tapşırıq verdi. Bu, çox təqdirəlayiq bir addım oldu. Bu səbəblə cənab Bayramova təşəkkür edirəm!

Təəssüflər olsun ki, hər dəfə mediada "Müəllimlərə şad xəbər" rubrikası altında müəllimlərin maaş artımı ilə bağlı xəbər yayılanda nədənsə, mötərizədə "Ali məktəb müəllimləri istisna olmaqla" qeyd olunur. Yəni, bu artımların ali məktəb müəllimlərinə aidiyyəti olmur.

Bu səbəblə də çox istərdim ki, təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərin tapşırıq versin. Orta məktəb müəllimləri istisna olmaqla, hər hansı bir universitet müəllimi, dosenti və professorunun iki və daha artıq övladı eyni vaxtda ödənişli əsaslarla ali məktəbdə təhsil alırsa, onların təhsil haqqı ən azı 50%-ə endirilsin. Bu tələbələr eyni universitetdə təhsil alarlarsa, o zaman onlardan birinin təhsil haqqı aradan qaldırılsın.
Müəllim olaraq təhsildən qazandığım, yəni aldığım maaşı elə təhsilə qaytarmaqla bu iki tələbənin ali məktəbi bitirmələrinə nail olmağa cəhd edəcəm. Yolumuz yaxşı yol olduğundan inanıram ki, yarı yolda qalmarıq!

Sonda onu deyim ki, çoxlarının bildiyi kimi müəllimlik şərəfli peşədir. Mənim üçün isə bu şərəf hazırda ikiqatdır. Çünki həm evdə iki tələbənin qarşısında, həm də universitetdə çoxsaylı tələbələrin arasında müəllim şərəfini qorumaq əsl fədakarlıq, həmçinin qəhrəmanlıqdır. Həm qızım, həm də oğlum gələcəkdə iqtisadçı olacaqlar. Onlar hazırda yaranmış vəziyyəti yaxşı dərk etdiklərindən hər ikisi mənə "Ata, gələcəkdə təhsilimizə qoyduğunuz sərmayəni mütləq doğruldacağıq", - deyirlər”.

Qeyd edək ki, Mübariz Əhmədovun qızı Gülanə Əhmədova İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində türk dilində təhsil alır. 3-cü kurs tələbəsidir, təhsil haqqı 2300 AZN-dir. Oğlu  Ülvi Əhmədov isə bu il Bakı Biznes Universitetinin Marketinq ixtisasına qəbul olub. Təhsil haqqı 2000 AZN-dir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48