Modern.az

6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır  - HƏKİM

6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır  - HƏKİM

21 Avqust 2019, 16:26

Artıq yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər isə indidən məktəb ləvazimatları, məktəbli geyimləri, çantalar axtarmağa başlayıblar.

Bu il də məktəbli çantalarının böyüklüyü, keyfiyyəti, dərs vəsaitlərinin çoxluğu və onları məktəbli çantasına yerləşdirə bilməyin çətinliyi valideynləri düşündürür. Hər kəs övladını ağır çantalarla yükləməməyin yolunu axtarır.

Modern.az bildirir ki, tanınmış pediatr Vaqif Qarayev məktəbli çantalarının seçimi ilə bağlı valideynlərə məsləhət verib. O qeyd edib ki, normalara uyğun olaraq, məktəbli çantasının çəkisi uşağın ümumi çəkisinin 10 faizindən artıq olmamalıdır:

“Yəni 6 yaşlı uşağın çəkisi ortalama 20 kq-dırsa, çantanın çəkisi 2 kq olmalıdır. Amerika Pediatriya Akademiyası (APA) isə aşağıdakı normativləri təklif edir:

1-2-ci sinif şagirdləri 1,5 kq, 3-4-cü sinif - 2,5 kq, 5-6-cı sinif - 3 kq, 7-8-ci sinif - 3,5kq, 9-11-ci sinif - 4kq həcmində çantalara üstünlük verməlidirlər.

Bu hesabla dərs başlayan kimi çantanın içərisinə lazımsız vəsaitlər doldurulmasa, uşağın sağlamlığında problem olmayacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi