Arxiv
21 Avqust 2019, 19:50 | AKTUAL
Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO

Azərbaycan Respublikasının prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli və dinamik inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına real imkanlar yaradılıb.

 

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin etmişdir.  


2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

 

Avqustun 21-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilmişdir.

 

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

 

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 127 namizəd (o cümlədən 17 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və digər ali təhsil müəssisələrinin məzunlarıdır.

 

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) yerləşdiriləcəkdir.

 

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49