Arxiv
23 Avqust 2019, 11:59 | AKTUAL
Cocuq Mərcanlının ilk məzunu: “BDU-ya qəbul olunmayanda elə bilirsən imtahandan kəsilmisən”

Bakı Dövlət Universiteti bir tərbiyə, rahatlıq ünvanı, başı min bəlalar çəksə də, heç vaxt öz soy-kökündən, dilindən uzaq düşməmiş bir xalqın möhtəşəm elm, təhsil məbədidir. Adama elə gəlir ki, sanki, hara getsən, yol Universitetdən başlayır və bütün dünyanı dolaşsan da, gəzsən də, yenə yolların gəlib ona çıxır. Ancaq Universitet – o boyda binalar, korpuslar, rektor, akademiklər, prosessorlar, ən sıravi əməkdaşlar belə uzaqdan səni çağırırsa, əl uzadırsa, səsləyirsə, demək, bu, daha böyük əxlaq, daha böyük tərbiyədir, ən əsası isə Universitet Qarabağa qayıdış üçün səni ağuşuna çağıran, yetişdirən, formalaşdıran bir məktəbdir, sonra yenidən öz ünvanına, məsələn, Cocuq Mərcanlı avtobusuna mindirirsə, demək, doğrudan da, Bakı Dövlət Universiteti elm, təhsil tərbiyə yolunu hələ də həvəslə, böyük ruh yüksəkliyi ilə gedir.

 

Ölkənin bütün region, bölgələrindən Bakı Dövlət Universitetinə hər il yüzlərlə, minlərlə tələbə qəbul olunur, ancaq Universitet bəlkə də ən sevincli günlərini yaşayır ki, məhz Cocuq Mərcanlıdan - işğaldan azad olunmuş kənd məktəbinin ilk buraxılışının məzunlarından bir neçəsi tələbə adını qazanıb. Vətəni müharibə, silah, top-tüfənglə geri alırsan, təbiidir, adam sevinir, ancaq işğaldan azad etdiyin kəndin məktəbindən hansısa bir şagird universitetə, özü də məhz Bakı Dövlət Universitetinə qəbul olursa, silahla, fiziki güclə geri qaytarılan Vətəni həm də ruhən, mənəvi cəhətdən özündə hiss edirsən. Məsələn, gələn il hansısa Cocuq Mərcanlı şagirdi universitetə qəbul olacaqsa, daha sən bunu indiki coşqu, sevinc hissi ilə qarşılamaycaqsan, çünki elə biləcəksən ki, Bakıdan, Gəncədən, Naxçıvandan, Ağdaşdan, İmişlidən, Şəkidən kimsə univrsitetə girib. Yəni onu da təbii bir şey kimi qəbul edəcəksən...

 

Əlbəttə, bir gün Şuşa, Laçın, Kəlbəcər və yaxud, babası Xocalıda şəhid olmuş bir tələbə də bu il Bakı Dövlət Universitetinə qəbul olmuş Cocuq Mərcanlı şagirdi Türkanə kimi danışacaq:

- Mən anadan olanda Cocuq Mərcanlı işğal olunmuşdu, oranı heç vaxt görməmişdim. Sonra dedilər ki, Prezidentimiz bizim kəndimizə səfər edib. Bir az uşaq olsam da, yadıma gəlir, valideynlərim, mən də çox sevindim. Mən Biləsuvar rayonunda oxuyurdum, heç vaxt inanmazdım ki, orta məktəbi Cocuq Mərcanlıda bitirərəm...

- Maraqlıdır, məhz Bakı Dövlət Universitetini istəyirdin?

- Hə...

- Niyə?

- Çünki qürurvericidir, köklü universitetdir, ona görə. Düzü, mənə elə gəlir ki, adam Bakı Dövlət Universitetinə qəbul olmayanda elə bilir imtahandan kəsilib, universitetə girməyib. (gülümsəyə-gülümsəyə deyir)

 

Çıxarış:

Həziyev Zamin Mətləb oğlu Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin direktorudur. Gəncdir, 38 yaşı var. Cocuq Mərcanlı kəndi işğal olunanda Zamin müəllimin təxminən 8-9 yaşı vardı. O da Türkanə kimi xoşbəxt və inamlı danışırdı. Məktəb şəhid Novruz Aslanov adını daşıyır. Zamin müəllim işğaldan azad olunmuş məktəbin ilk direktorudur, o, 11 sinfi olan məktəbə 2017-ci ilin sentyabrından rəhbərlik edir. Və qeyd etdiyimiz kimi, kənd məktəbi işğaldan azad olunduqdan sonra onun məzunlarının biri Bakı Dövlət Universitetinin fizika, o biri Azərbaycan Dövlət Pedeqoji Universitetinin İnformatika fakültəsinin, digərləri isə kollec tələbəsi adını qazanıb.

 

Haqqında danışdığımız Mehdiyeva Türkanə Fəxrəddin qızı Bakı Dövlət Universitetində oxuyacaq. Burada həmişə insanları gələcəyə, mübarizəyə, haqq-ədalətə səsləyən bir zəng səsi var. O zəng müqəddəsdir. Türkanə 9-cu sinifə kimi Biləsuvar rayonunda oxumuşdu, özünün dediyi kimi, heç ağılına da gətirməzdi ki, Biləsuvardan Cocuq Mərcanlıya, ordan Bakıya, ordan da Bakı Dövlət Universitetinə gələcək.

Türkanənin oxuduğu Cocuq Məcanlı kənd məktəbini bir çox qurumlar, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi ziyarət edib və...

Zamin müəllim:

- Bu ilin may ayında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və kollektivi Cocuq Mərcanlıya gəlmişdi. Elçin müəllimin təşəbbüsü ilə Cocuq Mərcanlı kənd məktəbində təhsil alan  şagirdlərə dərs ləvazimatları, coğrafiyaya aid fiziki xəritələr, qlobus, atlaslar, kompyuter dəsti, mikroskop, fizika laboratoriyası üçün cihazlar, ingilis dili ləvazimatları, dəftər, qələm və s. gətirilmişdi.. Və bir də üzərinə “Bakı Dövlət Universitetinin tədris otağı” yazılan, məktəbimizin əsas sinif otaqlarından biri üçün nəzərdə tutulmuş bir lövhə... Bilirsiniz, o, bizim şagirdlərimiz üçün necə böyük stimul oldu? Bu gün Türkanənin timsalında onun nəticəsini görmüş olduq...

 

Zamin Həziyev dedi ki, Azərbaycanın köklü universiteti ilə döyüş bölgəsi məktəbinin bu cür möhkəm get-gəli olduqca təqdiredici haldır. Xüsusən, universitetin 100 illiyi ərəfəsində rektor Elçin Babayevin bizimlə mütəmadi əlaqəsi, diqqət və qayğısı təkcə məni yox, məktəb şagirdlərini də sevindirir, qürrələndirir.

- Zamin müəllim, aydın məsələdir, rəhbərlik etdiyiniz məktəb döyüş bölgəsində - sərhəddə yerləşir...

- Biz uşaqlara tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, dərs keçdiyimiz yerdə bir də görürsən, atəş səsləri gəldi... Biz hər yerdə öyrətməyə, şagirdlərimiz isə hər yerdə oxumağa hazırdır. Azərbaycanın güclü ordusuna güvənirik, ona görə belə rahatıq...

- Məktəbdə ingilis, rus dilləri də keçirilirmi?

- Ən yüksək səviyyədə...

 

Məktəb direktoru Zamin Həziyev, eləcə də yenicə tələbə adını qazanmış Türkanə ilə danışdıqca içimiz qürur hissi ilə dolur, xüsusən, Cocuq Mərcanlı və Bakı Dövlət Universitetinin mənəvi-ruhi bağlılığı bizdə gələcəyə parlaq bir inam, əminlik hissi yaradır.

... Universitet kollektivinin Cocuq Mərcanlı kənd məktəbini ziyarəti zamanı Zamin müəllim belə bir ifadə işlətmişdi: “Vaxtilə ermənilər tərəfindən yandırılmış Cocuq Mərcanlı məktəbini indi körpə gülüşləri, şagird səsləri bəzəyir”.

...Bu gün isə Türkanənin və tələbə adı qazanmış digər Cocuq Mərcanlı gənclərinin simasında tələbə səsləri...


BDU-nun Mətbuat və informasiya şöbəsi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı 18 Fevral 2020, 11:20 Avropa azərbaycanlıları Berlində izdihamlı Qarabağ mitinqinə HAZIRLAŞIR 18 Fevral 2020, 11:17 Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılır 18 Fevral 2020, 11:13 Şəffaf fəaliyyət göstərən şəxslərə güzəştlər olunacaq - Mikayıl Cabbarov 18 Fevral 2020, 11:12 Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır 18 Fevral 2020, 11:08 Prezident mükafatçısı: BANM ölkədə ən qabaqcıl ali təhsil müəssisələrindən biridir - FOTO 18 Fevral 2020, 11:04 Bakıda yanan evdən qadın meyiti tapıldı 18 Fevral 2020, 10:58 Dövlət Agentliyi "20 Yanvar" dairəsilə bağlı Baş nazirə müraciət etdi  18 Fevral 2020, 10:52 “Sədərək”dəki yanğında xəsarət alan şəxs evə buraxıldı 18 Fevral 2020, 10:46 “Azərişıq”dan villa, otel sahiblərinə XƏBƏRDARLIQ - Adları ictimaiyyətə açıqlanacaq 18 Fevral 2020, 10:40 İcra başçısı köməkçisini işdən çıxardı 18 Fevral 2020, 10:37 Ayaz Salayev: “Space TV çox səviyyəli kanaldır” 18 Fevral 2020, 10:34 "Aqrolizinq"də ciddi nöqsanlar AŞKARLANDI 18 Fevral 2020, 10:28 Bir gündə qəzalarda 2 nəfər öldü 18 Fevral 2020, 10:22 Fərid Şəfiyev: “Cenevrə görüşü son illərin ən gərgin danışıqları idi” 18 Fevral 2020, 10:16 "Sədərək"də 1000 kv metr ərazi yandı - RƏSMİ 18 Fevral 2020, 10:10 Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ   18 Fevral 2020, 10:04 Övladlığagötürmə ilə bağlı qaydalar DƏYİŞDİRİLDİ   18 Fevral 2020, 09:59 Sədərəkdəki yanğın avtobusların hərəkətini məhdudlaşdırdı 18 Fevral 2020, 09:53 Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ 18 Fevral 2020, 09:48 Dünyanın qəribə dəfn adətləri – ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar… 18 Fevral 2020, 09:42 "Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 18 Fevral 2020, 09:37 General Etibar Mirzəyev yanğın yerində - VİDEO 18 Fevral 2020, 09:36 “Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi - FOTO - VİDEO 18 Fevral 2020, 09:30 19 yaşlı gəlin xaşdan zəhərləndi 18 Fevral 2020, 09:23 Ağcabədidə ağır yol qəzası - Ölən var 18 Fevral 2020, 09:17 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 18 Fevral 2020, 09:16 Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ 18 Fevral 2020, 09:05 Ağır xəstəliyin asan müalicəsi TAPILDI 18 Fevral 2020, 08:58 Çempionlar Liqasının 1/8 final mərhələsi BAŞLAYIR 18 Fevral 2020, 08:40 Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb 18 Fevral 2020, 07:56 Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13