Arxiv
23 Avqust 2019, 16:46 | AKTUAL
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı

Avqustun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, ərazisi işğal olunmuş rayonların Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal olunmuş rayonlardakı şöbələrinin  rəhbərləri, Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışarkən bildirib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi hələ də icra olunmur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə görkəmli ziyalılarımız xalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevə müraciət ediblər. Məhz Ulu Öndərin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Bundan dərhal sonra rayonun işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu gün rayon əhalisinin 70 min nəfəri işğaldan azad olunmuş doğma torpaqlarında yaşayır. Bu əhali 22 yaşayış məntəqəsində və yeni salınmış 19 qəsəbədə məskunlaşıb.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilib, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb. Füzuli rayonunun bir hissəsi işğal altında olsa da, Prezident İlham Əliyevin tapşırığı ilə nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Həyata keçirilən işlər nəticəsində məcburi köçkünlərin də mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifah halının yüksəldilməsi üçün imkanlar yaradılır. Son illər ərzində məcburi köçkünlər üçün qəsəbələr tikilib və bu istiqamətdə işlər davam etdirilir.

 

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Füzuli və Cəbrayıl rayonundan olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər. Bütün çıxışlarda belə bir inam ifadə edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü qətiyyətli siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlər öz dogma yurdlarına qayıdacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02