Modern.az

Güclü külək Daşkəsəndə fəsadlar törətdi

Güclü külək Daşkəsəndə fəsadlar törətdi

25 Avqust 2019, 21:09

Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, leysan yağışla müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik dirəklərinə, o cümlədən elektrikötürücü xətlərə, habelə fərdi təsərrüfatlara ziyan dəyib.

Güclü külək habelə Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən bərpa işləri aparılır və dəymiş ziyanın nəticələrini aradan qaldırmaq, təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu