Arxiv
28 Avqust 2019, 11:29 | HADİSƏ
MiQ-29 təyyarəsinin “qara qutu”su necə tapıldı? - General detalları AÇIQLADI

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, general-mayor Məhərrəm Həsənov Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29  təyyarəsinin axtarışı barədə bəzi detalları açıqlayıb.

Modern.az saytı general Məhərrəm Həsənovun “Azərbaycan Ordusu” qəzetinə müsahibəsini təqdim edir:


- Cənab general, elə qəzalar var ki, onların qarşısını almaq mümkün olmur, yalnız onun necə baş verməsi araşdırılır. MiQ-29-un qəzaya uğrama səbəbləri, ancaq təyyarə tapıldıqdan sonra aydınlaşacaqdı.

- Bəli. Bu, çox ağır bir hadisə idi. Müharibəyə cəlb olunmuş bir dövlətin döyüş təyyarəsinin qəzaya uğraması, pilotun taleyi - hər iki amilə dövlət əlahiddə diqqət yetirirdi.
Hadisə haqqında məlumat alan kimi ehtimal edilən əraziyə toplaşdıq. Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.
Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu.

- Əməliyyatın çətinliyi təkcə bununla bağlı olmayıb.

- Əlbəttə. Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Yeri gəlmişkən, böyük qardaşlıq köməyinə görə Türkiyədən gəlmiş HDQ-nin xilasetmə qrupunun üzvlərinə təmsil etdiyim qurum adından minnətdarlığımı bildirirəm.
Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Dalğıclar qrupunun dənizdə axtarışına leytenant Elmar Ağasiyev rəhbərlik edirdi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi və qeyd edim ki, bu, əməliyyatın uğurla nəticələnməsində olduqca əhəmiyyətli oldu.
Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Dalğıclar şübhəli, ilk baxışda əhəmiyyətsiz görünən xırda obyektləri də yoxlayırdılar. Bilirdilər ki, belə axtarışlarda əhəmiyyətsiz heç nə olmur. Əvvəlcə,  dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsiydi və axtarışların uğurla davam etdirilməsində stimul oldu.
Qeyd edim ki, belə axtarışlarda dalğıc su altında orta hesabla 20-25 dəqiqə qala bilir. Bu isə təxminən 25 metr dərinlikdə axtarışı dəqiqliklə aparmağa, ərazini diqqətlə izləməyə çətinlik yaradır. Dalğıclarımız - baş leytenant Cavanşir Nəsrullayev, leytenant Elmar Ağasiyev, gizir Səid Şirəliyev, gizir Elxan İsgəndərov, gizir Cəfər Cəfərov və gizir Orxan Allahverdiyev əsl fədakarlıq göstərdilər.

- Cənab general, axtarış haqqında bir qədər geniş məlumat verməyinizi xahiş edirəm.


- Belə hava şəraitində dalğıcların ciddi xəsarət alma ehtimalları da vardı. Yüksək peşəkarlıq, iradi keyfiyyətlər, dövlətə, dövlətçiliyə sədaqət bu ehtimalları dönməzliklə üstələdi... Suya endirilən robotlar su altında idarə olunmaqla 2 saatdan çox işləyə bilir. Robotun müəyyənləşdirdiyi obyekt haqqında məlumat aldıq. Mütəxəssislər o obyektin məhz "qara qutu" olduğunu qətiləşdirdilər. Həmin anlarda dənizdə güclü dalğa vardı. Dənizin sakitləşməsini gözləmək olmazdı. Sualtı axın "qara qutu"nu qeydə alındığı yerdən uzaqlaşdıra bilərdi. Dalğıclar qrupunun rəhbəri leytenant Elmar Ağasiyev bu mühüm tapşırığı gizir Elxan İsgəndərova həvalə etdi. Belə məqamlarda təkcə peşəkarlıq kifayət etmir. Yüksək əzmkarlıq, vətənpərvərlik də lazım gəlir. Leytenantın seçimi məni də qane etdi. Son dərəcə təhlükəli bir şəraitdə gizir Elxan İsgəndərov suya endirildi. Vaxt dayanmışdı elə bil, bizə elə gəlirdi ki, zaman ləng ötüşür. Aradan nə qədər keçdiyinin fərqinə varmağa macal tapmamış Elxanın "qara qutu"nu tapdığı məlumatını aldıq. Bu, olduqca böyük uğur idi. Yeri dəqiq bilinməyən ərazidə bu səviyyədə axtarış və bu qədər dəyərli bir tapıntı - əlbəttə ki, böyük nəticə idi.
Yeri gəlmişkən, sonra Elxandan soruşublar ki, koordinatına üzdüyün əşyanın "qara qutu" olduğunu görəndə hansı hissləri keçirdin. Dalğıc "Əmri dəqiqliklə yerinə yetirən əsgər hansı hissləri keçirərsə, həmin hissləri keçirdim. "Qara qutu"nu oradan nəyin bahasına olursa-olsun, dartıb çıxardardım", - cavabını verib.
Axtarışlar pilotun tapılması istiqamətində davam etdirildi. Əslində, belə axtarışlarda ardıcıllıq müəyyənləşdirilmir, tapılan oriyentir kimi qəbul olunur və axtarış davam etdirilir...
Polkovnik-leytenant Rəşad Atakişiyevin peşəkar, nümunəvi, vətənpərvər zabit olduğunu bilirdim. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı" devizi ilə keçirilən birgə taktiki-uçuş təlimlərində də, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlarda da Rəşadın uçuşlarını mən də böyük qürurla izləmişdim. Onun həlak olması hamı kimi mənim də ürəyimi göynədirdi. Ağır faciəydi, ancaq pilotumuzun nəşini tapmalıydıq, onun Vətən naminə xidməti müqabilində kiçik bir təsəlli kimi...
Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı...

- Cənab general, axtarışın çətinlikləri haqda məlumat verdiniz. Bunları nəzərə alsaq, dalğıcların işinə, ümumən axtarış prosesinə fədakarlıq deyə bilərikmi?

- Bəli, belə bir qəza, yeri məlum olmayan qəza, çətin hava şəraiti nəzərə alınmalı məqamlardır və bunlar birmənalı şəkildə təsdiqləyir ki, qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışı da, nəticəsi də əsl fədakarlıqdır.
Axtarış yekunlaşandan sonra dalğıclarla görüşdə öyrəndim ki, dalğıclar əsl vətənpərvərlər kimi iştirak ediblər, yəni onların hər biri təkcə vəzifə borcunu deyil, həm də insani borcunu böyük fədakarlıqla yerinə yetiriblər. Mən bir zabit kimi onlarla fəxr edirəm. Onlar Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərə də hazırdır.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vəzifə borcunu fövqəladə məsuliyyətlə yerinə yetirdi. Bu məsuliyyət də Vətənə xidmətdir. Fövqəladə hallar Fövqəladə Hallar Nazirliyinin, bu sıradan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının ön cəbhəsidir və hər biri ön cəbhələrdə qətiyyətlə, əzmlə, dəyanətlə, ən başlıcası Vətənə sevgiylə xidmət edir...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45 Çinin nümayəndə heyəti Milli Xalça Muzeyinə gəldi 21 Sentyabr 2019, 14:13