Arxiv
30 Avqust 2019, 13:14 | MƏDƏNİYYƏT
Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxivlərinin bir hissəsini açıb.

 

Modern.az xəbər verir ki, 1918-1920-ci illərə aid arxiv sənədlərində Azərbaycan Xalq Cümhuriyyətinin Yerevandakı nümayəndəsi Məmməd xan Təkinski haqda maraqlı qeydlərə rast gəlinib. Çar ordusunun generalı Rəhim bəy Naxçıvanskinin Türkmənistana yürüşü zamanı övladlığa götürdüyü Məmməd bəy 1919-cu il yanvarın 29-dən həmin ilin oktyabrın 10-da qədər Yerevanda AXC-nin rəsmi nümayəndəsi olub.

 

Arxiv sənədlərindən aydın olur ki,  Ermənistan ərazisində qurulmuş Ararat Respublikasının rəsmiləri bir-birilə yazışmalarda Məmməd xan Təkinskinin fəaliyyətini diqqətdə saxlayırmışlar. O, fəaliyyətə başladığı gündən ermənilərin xüsusi müşahidəsi altında olub.


“Yerevana gəldiyi gündən türkyönümlü səfir Məmməd xan Təkinski nəzarətə götürülmüşdü. Onun məqsədi Ermənistandakı müsəlmanların ayağa qalxmasını təmin etmək və ordu haqqında ətraflı məlumat toplamaq idi”- deyə arxiv sənədlərində qeyd olunub.

 

Ermənilər diplomatik toxunulmazlıq statusu olan Təkinskinin ordu, hərbi-siyasi dairələr barədə gizli məlumatlar toplaya bildiyini, həmin vacib sənədlərin Bakıya göndərildiyini etiraf edirlər. Diplomatın ən böyük xidməti isə Şərur-Naxçıvan bölgəsinin Ermənistana birləşməsinin qarşısının alınması idi. Belə ki, yerli müsəlman əhali ilə sıx əlaqədə olan Məmməd bəy Təkinski onları müqavimət göstərməyə sövq edə bilib.

 

1919-cu il iyunun 7-də Məmməd xan Təkinski AXC  xarici işlər naziri M.Cəfərova məktubunda yazırdı:

“Denikinin başçılıq etdiyi Könüllü Ordunun uğurlu irəliləyişi halında Yerevan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı düşmən mövqe tuta bilər. Ona görə də Şərur-Naxçıvan bölgəsində ermənilərə təhlükə yaratmalıyıq. Tərəfimdən atılmış addımlar nəticəsində  Şərur-Naxçıvan və Ordubad bölgəsi Milli Şuranın simasında birləşərək, mənimlə müntəzəm əlaqə yaradır”.

Məmməd xan Təkinskinin yazışmalarını oxuyan Ermənistan xüsusi xidmət orqanları bu barədə baş nazir Aleksandr Xatisova məlumat ötürürmüşlər.

Arxiv sənədlərində rəsmi Yerevanın intriqaları nəticəsində Məmməd xan Təkinskinin 1919-cu ilin oktyabrında Yerevanı tərk etməyə məcur qaldığı qeyd olunub.

 

Məmməd xan Təkinski Bakıya döndükdən sonra AXC hökumətində xarici işlər nazirinin müavini postunu tutur. 1920-ci ilin aprelində Qırmızı Ordu Bakını zəbt etdikdən sonra Məməd xan Təkinski siyasi səhnədən uzaqlaşır. O 1937-ci il repressiyaları zamanı güllələnib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 İntizam Komissiyasının katibi deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20