Modern.az

Azərbaycan Qarabağdakı qanunsuz “seçkilərin” qarşısını necə ala bilər? - TƏKLİF

Azərbaycan Qarabağdakı qanunsuz “seçkilərin” qarşısını necə ala bilər? - TƏKLİF

7 Sentyabr 2019, 17:07

Sabah Azərbaycan torpaqlarında yaradılmış qondarma Qarabağ rejimi “bələdiyyə seçkilər”i keçirəcək.  İşğal olunmuş ərazilərdə yerli idarətmə orqanlarını seçəcək bu qanunsuz “seçki prosesi” rəsmi Bakı tərəfindən bəyanat verilərək pislənilib.

Buna baxmayaraq, seçkilərə bəzi xarici ölkələrdən müşahidəçilərin də gəlişi gözlənilir. Bəs Azərbaycan bu qanunsuz seçkilərin qarşısını hansı yollarla ala bilər?

“Atlas” Araşadırmalar  Mərkəzinin  rəhbəri, politoloq  Elxan Şahinoğlu Modern.az-a açıqlamasında beynəlxalq təşkilatların biganəliyini önə çəkib.

 

“Aydındır ki, Dağlıq Qarabağda keçirilən hər bir seçki qanusuzdur. Azərbaycan tərəfinin də hər zaman bu məsələlərə reaksiyası özünün göstərir. Ancaq çox təəssüf ki, bu reaksiyalarla iş həll olunmur. Belə deyək, dəyirman öz işindədir, orada "iqtidar" "qanunverici orqanlar"ını formalaşdırır. Təssüf ki, biz bu məsələyə mane ola bilmirik. Çox acınacaqlı bir vəziyyətdir ki, beynəlxalaq təşkilalar, o cümlədən birbaşa bu işlə məşğul olmalı olan ATƏT-in Minsk qrupu da məsələylə bağlı heç bir reaksiya bildirmir. Bu münaqişə həll olunmur və əvəzində biz görürük ki, işğalçılar seçkilər keçirir, köçürülmə siyasəti aparırlar. Boşaldılmalı olan Kəlbəcər, Şuşa, Laçında kiçik müəssələr açırlar. Təsssüflə bildirirəm ki, bu kimi məsələlərə də beynəlxalq təşkilatlar biganə yanaşırlar". 


Politoloq Qarabağdakı qanunsuz proseslərin qarşısını almaq üçün hərbi təzyiqdən istifadə olunmasını məqbul görür:

“Biz nə qədər bu proseslərə izləyici kimi qalacağıq? Çünki gələn ildə Dağlıq Qarabağda "prezident seçkiləri" də keçiriləcək. Hazırda ona da indidən hazırlıq prosesi gedir. Bu proseslərin qarşısını almağın yeganə yolunu hərbi təzyiqdə görürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir