Modern.az

Xaçmaz sakini boğazından bıçaqlanıb

Xaçmaz sakini boğazından bıçaqlanıb

9 Sentyabr 2019, 00:34

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.  

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Alı Mustafayev küçəsində baş verib.

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törədən şəxs şübhəli şəxs qismində saxlanılıb.  

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi