Arxiv
10 Sentyabr 2019, 14:32 | AKTUAL
“İrəli”nin daha bir layihəsi keçirildi

“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.

 

Modern.az xəbər verir ki, açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

 

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

 

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

 

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və  çərçivəsində  praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində  Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

 

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və  öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. “Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

 

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə  də hər il "SAY: Support of Azerbaijan Youth”  hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, "SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, "SAY:Solidarity”, “SAY:All Star” və  “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri nazirliyin Aparat rəhbərinin başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58