Modern.az

Deputat süründürməçiliklə bağlı şikayətləri qeydə aldı

Deputat süründürməçiliklə bağlı şikayətləri qeydə aldı

Aktual

11 Sentyabr 2019, 11:36

Millət vəkili Vahid  Əhmədov  Qubada  seçiciləri  ilə  görüşüb.

 

İşgüzar  şəraitdə  keçən  görüşdə  millət  vəkili  Milli  Məclisin  payız  sessiyasında  müzakirə  edilməsi  nəzərdə  tutulan  məsələlər  haqqında  danışaraq, Quba  və  regionda  görüləsi  nəzərdə  tutulan  işlər  barəsindədə  məlumat  vermişdir.

 

Görüşdən  sonra  baş  tutan  qəbulda  62 nəfər  Quba  və  qonşu  rayonlardan  olan  vətəndaşlar  qəbul  edilərək  dinlənilib. Qəbul  zamanı  qaldırılan  məsələlər  sırasında  mənzillə  təmin  edilmə, məhkəmə  qərarlarının  icrasındakı  problemlər, tələbələrin  təhsil  haqlarının  ödənilməsindəki  çətinliklər, əlillik  alınmasındakı  süründürməçiliklər,  torpaqların  verilməsi  və  digər  məsələlər  olmuşdur.

Bütün məsələlər köməkçi tərəfindən qeydiyyata  alınmış, deputatın  tapşırığına  uyğun  olaraq  həll  variantları seçilib. İllərdir köhnə avtovağzalın özəlləşdirilməsi ilə bağlı yaranan mübahisə  təsisçilərin  xahişi nəzərə alınmaqla deputatın, vəkillərin və maraqlı  tərəflərin  iştirakı ilə araşdırılmış, uzun zaman əldə oluna bilməyən danışıqlar üçün razılaşma nəhayət ki baş  tutub.

 

Qəbuldan  sonra  rayonda  icra  olunan  işlərlə  tanış  olan  millət  vəkili  Xanagah  yolunda  Cağacıq  çayı  üzərində  qurulan  körpünün  tikintisi  işlərini   yerində  müşahidə  edib. Növbəti  tanışlıq  tikintisi  demək  olarki  yekunlaşmış  Quba-Qonaqkənd  yolu olub. Sevindirici haldır ki,  Qonaqkənd  qəsəbəsinə  qaz  çəkilişidə  yekunlaşmaq  üzrədir. Əhali  ilə  ayaqüstü  görüşən  millət  vəkili  görülən  bütün  işlərə  görə  sakinlərin  necə  gözəl  hislər  keçirdiyinin  şahidi  olub.

Son  illər  Azəravtoyol  şirkətinin respublika  Prezidentinin sərəncamlarına  uyğun olaraq Qubada  yol  tikintilərinin  uğurla  həyata  keçirildiyi  qeyd  edilib. Əhali  ölkə  başcısına  minnətdarlıqlarını  catdırmağı millət  vəkilindən xahiş  edib.

 

Növbəti  qəbul  oktyabr  ayına  təyin  olunub.

.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!