Arxiv
12 Sentyabr 2019, 13:16 | AKTUAL
“Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

 

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə  fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb. 

 

Modern.az xəbər verir ki, məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatirladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən “Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. 

 

Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin, “Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02