Arxiv
16 Sentyabr 2019, 08:00 | AKTUAL
Ad gününüz mübarək, cənab general-polkovnik!

Çox insana əl tutub, kömək edib, heç bir təmənnası olmayıb. Sağlam həyat tərzi keçirməyi xoşlayan, səliqə-səhmana, nizam-intizama ciddi yanaşan, iti zəkalı, dərin təfəkkürlü, çox səbirli insandır. Müdriklərə xas olan zəruri keyfiyyətləri yetərincədir. Analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Ünsiyyətdə mehriban, şən və yumor hissinə malik adamdır...

1950-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, mühəndis, hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə Kuybişev şəhərində tornaçı kimi başlayıb. Sonra üç il sovet ordusu sıralarında zabit kimi xidmət edib. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində işə düzələnədək Leytenant Şimidt adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir...

...Ailəlidir. Necə deyərlər, gözünün ağı-qarası Murad adında bir oğlu var...

Heç bir nailiyyət əziyyətsiz başa gəlmir. Əzmkarlıq, iradə, zəhmət və Allahın uğuru qazanılan hər bir nailiyyətin əsasını təşkil edir. Min bir əziyyətə qatlaşaraq, addım-addım bu zirvəyə yetişib. Adi fəhləlikdən ali zabit rütbəsinədək yüksəlib. Daha doğrusu, leytenant, baş leytenent, kapitan, mayor, podpolkovnik, polkovnik və s. rütbələr onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün o, Azərbaycan dövlətinin ən yüksək çinli zabitlərindən biri- general-polkovnikdir. Adı Azərbaycan tarixində öz əksini tapmış soydaşlarımızdandır...
Bəli, sizə Vaqif Əlibala oğlu Axundov haqqında danışırdım. Sentyabrın 16-sı onun doğum günüdür, 69 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Ad gününüz mübarək, cənab general-polkovnik!



Elman Eldaroğlu,
[email protected]


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37 ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00