Arxiv
16 Sentyabr 2019, 12:36 | DÜNYA
5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR

Səyahət etmək və bu səyahəti ucuza başa gətirmək çoxlarının istəyidir. Səyahət zamanı xərclərin böyük bir qismi isə nəqliyyata çıxır. Xüsusən də təyyarə biletlərinin bahalığı səfərə çıxanları əməli-başlı “tərlədir”. Amma bu, o demək deyil ki,  ucuz uçuşlar təklif edən havayolu şirkətləri yoxdur.

 

Modern.az dünyada ən ucuz biletlər təklif edən aviakompaniyaları təqdim edir. 

 

Dünyanın ən ucuz aviaşirkətlərindən olan “Ryanair” biletləri 5-7 avrodan başlayan qiymətlərlə təklif edir. İrlandiyanın aviakompaniyası olan “Ryanair” demək olar ki, bütün Avropaya uçuşlar həyata keçirir. Gün ərzində 1500-dək uçuş həyata keçirən bu loukoster artıq Gürcüstandan da uçuşlara başlayıb. Qiymətləri ucuz olduğu üçün təyyarədə yemək yalnız ödənişli şəkildə təklif edilir.

 

“Southwest Airlines” dünyanın ən böyük loukoster aviakompaniyalarından biridir. Daha çox ABŞ ərazisindəki daxili uçuşları həyata keçirir. Meksika və Karib hövzəsi ölkələri də daxil olmaqla beynəlxalq uçuşları da mövcuddur. Gün ərzində 400-ə qədər reys həyata keçirən bu aviakompaniyanın balansında 684 ədəd “Boeing 737” təyyarəsi var.

 

Macarıstan aviakompaniyası olan “Wizzair” 70-ə yaxın istiqamətə ucuz uçuşlar təklif edir. Bakıdan Budapeştə də bu aviakompaniya ilə ucuz biletlər almaq mümkündür. Aviakompaniyanın donanması “Airbus 320” təyyarələrindən ibarətdir.

 

Britaniyanın aviakompaniyası olan “EasyJet”  dünyanın 30 ölkəsində 300-dən çox istiqamətə uçuşlar həyata keçirir.  Təyyarələrinin orta yaşı 6-dır.

 

Loukoster aviakompaniyalar arasında “Pegasus” da var. Türkiyənin havayolu şirkəti olan “Pegasus” donanmasınakı təyyarələrin orta yaşı isə 4,5 ildir.

 

“Aegenai” Yunanıstanın böyük loukoster aviakompaniyasıdır. Donanmadakı təyyarələrin yaşı 8-dir. Yunanıstana səyahət edənlər üçün ən sərfəli aviakompaniyadır.

 

İspaniya tərəflərə səyahət edənlər üçün isə ən ucuz aviakompaniya bu ölkənin “Vueling Airlines” şirkətidir. Mərkəzi aereportu Barselonada olan bu aviakompaniyanın Avropanın hər yerinə uçuşları var.

 

“Norwegian” Şimali Avropa ölkələrinə uçuşlar üçün ən sərfəli havayolu şirkətidir. Avropa və Amerikanın bir çox ştatlarına ucuz uçuşları da mövcuddur.  

 

 “Flydubai” isə ərəb ölkələrinə uçuşlar zamanı sərfəlidir. Yaxın Şərq, Asiya, Afrika və Avropaya - 95 istiqmətə uçuşları var.

 

 “Buta Airways” isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana beynəlxalq reyslər yerinə yetirir.  “Buta Airways” aviadaşıyıcısının donanmasına “Embraer E190” təyyarələri daxildir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50