Modern.az

Ərdoğan, Ruhani, Putin bir arada

Ərdoğan, Ruhani, Putin bir arada

Aktual

16 Sentyabr 2019, 20:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Çankaya köşkündə üçtərəfli zirvə görüşü başlayıb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, “Türkiyə-Rusiya-İran” zirvəsində Vladimir Putin və Həsən Ruhani ilə danışıqlar aparılır.

Tərəflər birgə bəyanatla çıxış ediblər.

Putinlə Ərdoğan Suriyadakı böhran vəziyyəti, İdlibdəki vəziyyəti və bütün sahələrdə ikitərəfli əməkdaşlıqdan danışıblar.

Qeyd edək ki, bu gün Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər keçirilib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı