Arxiv
17 Sentyabr 2019, 16:32 | TƏHSİL
Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE

Təhsil Nazirliyi Bakı şəhəri, Səbail rayonu Etibar Əliyev adına 162 saylı tam orta məktəbə yeni direktor təyin edib.


Modern.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilib. Məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə 162 saylı tam orta məktəb Arzu Aslan qızı Nəzərovaya tapşırılıb. 


Digər məlumata əsasən, Tünzalə Mikayılova Əfqan qızı və Bəhruz Səlimxanov Ramazan oğlu təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsinə gətiriliblər.


Qeyd edək ki, Arzu Nəzərova 1961-ci il sentyabrın 21-də Gəncədə ziyalı ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli orta məktəbə daxil olub,1976-cı ildə oranı fərqlənmə ilə bitirib. Gəncə şəhəri Q.Hüseynli adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olub, 1987-ci ildə universiteti bitirib. 1997-ci ildə ikinci ali təhsil almaq məqsədilə Bakı Asiya Universitetinin hüquq fakültəsinə daxil olub, 2000-ci ildə həmin universiteti bitirib. 1981-ci ildən 1988-ci ilədək Uşaq Musiqi Məktəbində fortepiano müəllimi kimi çalışıb. 1988-ci ildən Gəncə şəhəri Ə.Cavad adına 2 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1992-ci ildən həmin məktəbdə direktor müavini, 1997-ci ilədək isə direktor işləyib.


2001-ci ildən 2003-cü ilin avqust ayınadək metodist kimi fəaliyyət göstərib. 2003-cü ildən Məktəb-Lisey Kompleksində direktor müavini kimi çalışıb. 2019-cu ilin may ayından Səbail rayonu 162 nömrəli tam orta məktəbə direktor müavini kimi yerdəyişmə olunub. 15 iyul 2019-cu il tarixindən 162 nömrəli tam orta məktəbə direktor müavini təyin olunub.



Son hadisələrdən sonra 162 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Ailəlidir. 3 övladı var.  


Xatırladaq ki, 2019-cu il aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.


Hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar  təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Daha sonra S.Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.
 

Baş Prokurorluğun məlumatına görə, məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?