Paytaxtın Xətai rayonunun bir hissəsində elektrik enerjisi kəsilib.
Modern.az axar.az-a istinadən xəbər verir ki, rayonda elektrik enerjinin verilməsi artıq iki saata yaxındır dayandırılıb.
Azərişıq ASC- dən bildirikib ki, ərazidə qəza baş verib, hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.
Qeyd edək ki, Xətai rayonunun ayrı-ayrı məhəllələrində elektrik enerjisi tez-tez kəsilir.