Arxiv
18 Sentyabr 2019, 13:23 | AKTUAL
“Elektron Kənd Təsərrüfatı”nda qeydiyyatdan keçənlərin sayı 335 min nəfərə çatıb

Sentyabrın 18-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 335 230 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, EKTİS-də ən çox Sabirabad, Xaçmaz, Bərdə, Şəki, Cəlilabad, Tovuz, Saatlı, İmişli və Ağcabədi rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər.

 

Sabirabadda 15781, Xaçmazda 12812, Bərdədə 12511, Şəkidə 11601, Cəlilabadda 11534, Tovuzda 10968, Saatlıda 10911, İmişlidə 10372, Ağcabədidə 10232 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər. 

 

Ümumilikdə 245585  fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 69519 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 8265 fermer icarə sənədi, 1353 fermer torpaq sahəsinin planı, 711 fermer etibarnamə, 399 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilib.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət Mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

2020-ci ildən Azərbaycanda yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar bölgələrdə fermerlərə yeni təlimlərin keçirilməsinə start verilib. Təlimlərdə fermerlərə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat prosedurunu, məlumatların daxil edilmə ardıcıllığı barədə məlumatlar verilir. 

Qeyd edək ki, gələn ildən etibarən fermerlərə aqrar subsidiyalar EKTİS üzərindən veriləcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24