Modern.az

Deputatların pensiyaları da artacaq

Deputatların pensiyaları da artacaq

18 Sentyabr 2019, 15:43

"Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında ciddi artımlar oldu".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan deputatların pensiyasındakı artım faktiki olmayıb:

“Yanvarın 1-dən həmin şəxslərin də pensiyaları artacaq”.

Qeyd edək  ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər