Modern.az

Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır”

Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır”

18 Sentyabr 2019, 18:10

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tədbir keçirib.

 

Modern.az xəbər verir ki, həmçinin yerli icra hakimiyyəti orqanları, ictimaiyyət nümayəndələri, media nümayəndələri iştirak edib.

AVMVİB-in sədri Füzuli Rzaquliyev deyib:

“Bu gün istər uşaq bağçası olsun, istər orta məktəb, istərsə də ali məktəb, Azərbaycanda böyüyən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi pedaqoqlarla yanaşı ictimaiyyətin də vəzifə borcudur. Buna görə də tədris ocaqlarını ziyarət etmək, şagird-tələbə kontingenti qarşısında çıxış etmək, vətəni sevən müharibə qəhrəmanlarımızın canlı şəkildə xatirələrini onlara danışması yetişən nəsli dövlətçiliyimiz ətrafında sıx birləşmsəsində, Azərbaycançılıq ideologiyası əsasında tərbiyələnməsində mühüm rol oynayır”.

Sədr sözlərinə əlavə edib:


“Bu gün AVMVİB cəmiyyətimizdə bütün müharibələrdə iştirak etmiş şəxslərin, xüsusən də Qarabağ müharibəsi veteranlarının cəmiyyətdə layiqli yer tutmalarına, onların qiymətləndirilməsinə və sosial fəaliyyətlərini gücləndirmələri üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə çalışır. AVMVİB bunu özünün prioritet vəzifəsi sayır. AVMVİB bir təşkilat kimi daim ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın azad edilməsi üçün verəcəyi əmrə daim müntəzirdir. Bu yolu hər bir veteran özünün şərəf yolu saymaqdadır.

Veteranlar arasında ruh düşkünlüyünü aradan qldırmaq məqsədiylə “Müharibə veteranı”, “Milli ordu-100” və yubileylə bağlı "AVMVİB-25 İL" xatirə medallarını təsis edib. Həmin medallar müharibə veteranları və müharibə əlillərinə qayğı göstərən, onların dostu olan hüquqi və fiziki şəxslərə təqdim olunur, onları gələcəkdə də bu kimi xeyirxah tədbirlər və aksiyalar keçirmələrinə sövq edir. Bəzi ictimai fəaliyyətin mahiyyətini anlamayanlar bu işə qarayaxmağa çalışdılar. Lakin tərəfimizdən hazırlanmış bu konsepsiya bir çoxları tərəfindən əxz edilsə də mahiyyət əxz edilmədi. Bu proseslərdən sonra 1500 nəfərdən çox yeni üzv qəbul edildi və fəaliyyətini dayandırmış 7 rayon şöbəsi yenidən fəaliyyət göstərməyə başlayıb".

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB), Azərbaycan Respublikasında müharibə iştirakçılarının üzv olduğu ən böyük təşkilatlardan — ictimai birliklərindən biri kimi öz yerini qoruyub saxlayır. Təkcə son iki il nərzində bölgələrdə və hərbi hissələrdə 150-dən çox tədbir və görüşlər keçirilib.

Qeyd olunub ki, AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzeti dərc olunur. Qəzetin eyniadlı www.fedai.az internet versiyası da mövcuddur. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması AVMVİB-nin www.veteran.az saytını təsis etməsinə səbəb olmuşdur. Saytda Veteran TV — internet televiziyası fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaqla Qarabağ həqiqətlərini təbliğ edir.

Bəyan edilib ki, Qarabağ probleminin həlli kimi savaşı irəli sürən AVMVİB -nin 65 minlik veteran ordusu bu müqəddəs işdə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə daim hazırdır və hər an bu əmri gözləməkdədir!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?