Arxiv
18 Sentyabr 2019, 21:36 | AKTUAL
Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Türkiyənin Giresun şəhərində keçirilən 53-cü iclasında çıxış edib.

Modern.az xəbər verir ki,  Ə.Amaşov çıxışında Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətlərindən söz açıb, bu sahədəki islahatların müxtəlif detallarına diqqət çəkib.

Deputat bildirib ki, ölkənin artan inkişafı xaricdən yeni investorların cəlb edilməsini şərtləndirir. Bu proses isə daha əlverişli vergi mühitinin yaradılmasını qaçılmaz reallığa çevirməkdədir. Azərbaycan dövləti siyasətini məsələyə məhz mövcud kotekstdən baxmaqla qurur, təbii ki, yerli investorların da maraqları nəzərə alınır.

"Əldə edilən uğurlara baxmayaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın vergi sistemi yenidən qurulur", - deyən Ə.Amaşov ölkəmizin bu sahədəki beynəxalq əməkdaşlığının gözlənilən perspektivlərinə də diqqət çəkib.

Deputat, həmçinin, Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərinə də münasibət bildirib: "Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Ümumən belə deyim: mənim və ölkəmin mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. On minlərlə insanımız öz yurd-yuvasından qovulub. Minlərlə insanımız qətlə yetirilib. Azərbaycan tərəfi hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq. Tam əmin olun ki, zərurət yarandığı təqdirdə, bu haqdan istifadə ediləcək".

Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə son Dünya Çempionundan xal aldı - NƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04 Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb 14 Oktyabr 2019, 18:55 Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb 14 Oktyabr 2019, 18:44 İlham Əliyev qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO 14 Oktyabr 2019, 18:34 Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir 14 Oktyabr 2019, 18:25 Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarladı 14 Oktyabr 2019, 18:14 Azercell tələbələrə TƏQAÜD fürsəti 14 Oktyabr 2019, 18:05 Ərdoğan Bakıda DANIŞDI: “Biz bir millətin övladlarıyıq” 14 Oktyabr 2019, 18:02 Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib 14 Oktyabr 2019, 17:58 I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR 14 Oktyabr 2019, 17:57 Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır 14 Oktyabr 2019, 17:49 BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub 14 Oktyabr 2019, 17:44 53955 şagirdin məktəb dəyişməsinə icazə verilib 14 Oktyabr 2019, 17:38 Macarıstanın Baş naziri də Bakıya gəldi 14 Oktyabr 2019, 17:34