Arxiv
19 Sentyabr 2019, 10:39 | AKTUAL
İcra başçısından yerli məmurlara tapşırıq: kobudluğa, yekəxanalığa yol verməyin!

Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirilib. Müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak edib.


Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayonun işğaldan azad olunmuş ərazisində görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.


Alı Alıyev Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözləri Füzuli rayonunda bütün idarə, müəssisə və təşkilatların əsas fəaliyyət prinsibi olmalı, məmurlar vətəndaşlara xidmət etməlidir.


Rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu deyən Alı Alıyev rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli,  insanlara xidmət etməli olduqlarını vurğulayıb.


Alı Alıyev qeyd edib ki, “Prezident İlham Əliyev bizə inanaraq, bizə bu vəzifəni daşımağı həvalə edib. Biz–bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verməməlidirlər.  Prezident cənab İlham Əliyevin dediyi kimi, məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar”.


Alı Alıyev Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman vətəndaşlarla bir yerdə olduqlarını, onların problemlərini, müraciətlərini vətəndaşların özlərindən dinlədiklərini bildirib, rayonun hər bir məmurunu, vəzifəli şəxsini ölkə başçısından və onun xanımından nümunə götürməyə çağırıb.

     
Müşavirədə rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov, Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov, DSMF-nin rayon şöbəsinin müdiri vəzifəsini icra edən Adil Həziyev, Məşğulluq Mərkəzinin direktoru Sərdar İsmayılov, İcra və probasiya şöbəsinin rəisi Yahya Məmmədov və ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.


Müşavirəyə yekun vuran Alı Alıyev xidmət təşkilatlarının işlərində yol verdikləri nöqsanlardan bəhs edib, Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə onlarla keçirilən səyyar-qəbul görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Rayon İcra  Hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri  mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat  edən  məsələləri  yerindəcə  həll  etməyə  çalışır. Əsas müraciətləri yerində həll olunan əhali başqa  təşkilatlara  müraciət  etmir, əziyyət  çəkmirlər.

 
Alı Alıyev vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin, qayğılarının həll edilməsi rayonda vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi deməkdir.


Sonda Alı Alıyev füzulililərin Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduqlarını bildirib, Prezident İlham Əliyevin ətrafında sıx birləşrərək onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini söyləyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17