Arxiv
20 Sentyabr 2019, 12:33 | AKTUAL
Əbülfəs Qarayev və müavinləri vətəndaşları qəbul etdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, sentyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.

 

Modern.az xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri və Kəlbəcər rayonundan, nazir müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul ediblər.

 

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

 

Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımları diqqətə çatdırıb. Hərbi hissələrlə sıx əməkdaşlıq, hərbi hissələrdə konsert proqramlarının və səyyar kitabxanaların təşkil olunmasının vacibliyi vurğulanıb. Nazir həmçinin bölgəyə gələn turistlərin mədəniyyət müəssisələrinin göstərdiyi xidmətlərdən yararlanması, istirahət mərkəzlərində səyyar kitabxanaların təşkil olunması və digər bu kimi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.

 

Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilmişi, işlə təmin olunma barədə müraciətlər olub.

*     *     *

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Gəncədə keçirdiyi qəbulda Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təmir olunması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni nəşr olunmuş kitabların verilməsi, Kəlbəcər rayon Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, fəxri adların  verilməsi və işlə təmin olunma ilə bağlı müraciətlər səsləndirilib.

*     *     *

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Goranboy sakinlərinin müraciətləri rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş əşyaların Tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayonda yerləşən türbələr kompleksinin təmir-bərpası, folklor qrupunun milli geyimlərlə təminatı, “Faxralı” xalçalarının qədim nümunələrinin eskizlərinin əldə olunması barədə olub. Həmçinin Xocalı sakinlərinin məskunlaşdığı Aşağı Ağca kənd qəsəbəsində Mədəniyyət mərkəzinin yaradılması, Xocalı şəhər Uşaq musiqi məktəbində saz sinfinin açılması, işlə təmin olunma barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir: “Koçaryan-Sarkisyan cütlüyü küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 BSU-nun şöbə müdiri tələbələrin təhsil haqqını mənimsədi 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46 Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü - FOTO 28 Yanvar 2021, 12:42 Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb 28 Yanvar 2021, 12:37 Ermənistan Minsk Qrupunun regiona səfərini GÖZLƏYİR 28 Yanvar 2021, 12:32 Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var... 28 Yanvar 2021, 12:30 Ombudsman uşaq evində nöqsanlar aşkarladı 28 Yanvar 2021, 12:26 Erməni katolikosu Azərbaycandan Roma Papasına ŞİKAYƏT EDƏCƏK 28 Yanvar 2021, 12:22 Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri 28 Yanvar 2021, 12:20 Təhsil naziri bu tarixdə vətəndaşların suallarına CAVAB VERƏCƏK 28 Yanvar 2021, 12:19 Mehriban Əliyevanın təşəbbüsü İspaniyada mükafata layiq görülüb 28 Yanvar 2021, 12:15 Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb 28 Yanvar 2021, 12:12