Arxiv
20 Sentyabr 2019, 12:36 | AKTUAL
Umud Mirzəyev BMT-nin İnsan Hüquqları Şurasında görüşlər keçirib

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev BMT İnsan Hüquqları Şurasının 42-ci sessiyası çərçivəsində Cenevrədə müxtəlif görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, İnsan Hüquqları üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Blerim Mustafa ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Azərbaycan ərazilərinin işğalı nəticəsində haqqları pozulmuş məcburi köçkünlərin hüquqlarının bərpasının beynəlxalq ictimaiyyətin diqqətinə gətirilməsi məsələləri müzakirə edilib.

 

U.Mirzəyev Qlobal Su Təhlükəsizliyi İnstitutunun direktoru Dr. Nidal Salimlə və BMT-nin sabiq məruzəçisi Osman əl Həcclə görüşüb. Görüş zamanı Afrikanın bir sıra nəzarətsiz ərazilərində olduğu kimi işğal olunmuş Qarabağ ərazisinin qanunsuz talanması, təbii resursların bir qrup cinayətkar tərəfindən mənimsənilməsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə mövzusu olub. Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının İnsan Hüquqları Şurasının mexanizmləri vasitəsi ilə təsbit edilməsi, beynəlxalq hüuququn norma və prinsipləri haqda ətraflı fikir mübadiləsi aparılıb. Yanvar ayından etibarən Osman Əl Həccin BAMF-in Cenevrə nümayəndəsi kimi fəaliyyətinə dair razılıq əldə edilib.  

 

Umud Mirzəyev BMT-nin insan haqqlarının müdafiəsi ilə bağlı sabiq həmməruzəçi, BMT-nin öz nüfuzu ilə seçilən müstəqil ekspertlərindən biri, xalqların öz müqəddəratını müəyyən etməsi üzrə beynəlxalq ekspert Alfred Mourisiya De Zayasla müzakirələr aparıb. U.Mirzəyev xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı mübahisəli fikirləri ilə tanınan De Zayası məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, Qarabağ haqda həqiqətləri öz gözləri ilə görmək üçün Azərbaycana dəvət edib. BAMF-in vitse prezidenti Ramil Əzizov da görüşlərdə yaxından iştirak edib.   

 

Səfər çərçivəsində U.Mirzəyev Azərbaycanın Cenevrədəki missiyasının nümayəndələri ilə görüşüb, missiyanın vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirib, beynəlxalq auditoriyada birgə fəaliyyət perspektivlərinin zəruri olduğunu bildirib. 

 

Qeyd edək ki, BAMF prezidentinin İnsan Hüquqları Şurasının 42-ci sessiyasında Azərbaycanın işğal altındakı torpaqlarından zorla qovulmuş məcburi köçkünlərin hüquqlarına dair çıxışı gözlənilir. Bununla bağlı BAMF-in bəyanatı BMT İnsan Hüquqları Şurasının rəsmi səhifəsində dərc edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi - FOTO 20 Yanvar 2020, 13:54 Ziyafət Əsgərov və Hadi Rəcəbli  Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR 20 Yanvar 2020, 13:46 “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs SAXLANILDI 20 Yanvar 2020, 13:38 Hacıqabulda ümumrayon tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 13:30 "İşğalçı Ermənistanla fars hakimiyyətinin bugünkü qardaşlaşması nədir..?" 20 Yanvar 2020, 13:22 İsmayıllıda ağır qəza - 1 ölü, 7 yaralı 20 Yanvar 2020, 13:14 İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi 20 Yanvar 2020, 13:05 Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 Goranboyda anım tədbirləri keçirilib - FOTO 20 Yanvar 2020, 12:31 Rəşad Camalov Şirvandakı Şəhidlər Xiyabanını seçicilərlə birgə ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 12:23 “Bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı” - Cavanşir Paşazadə 20 Yanvar 2020, 12:17 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08
SORĞU Yeni parlamentdə kimlər olsun?